ABŞ-ın İŞİD-in İraqda yüksəlişi yoluna köməyi AŞKARA ÇIXDI...

ABŞ-ın İŞİD-in İraqda yüksəlişi yoluna köməyi AŞKARA ÇIXDI

Hurriyyet.org xəbər verir ki, ABŞ-ın özəl təhlükəsizlik şirkətlərinin və ABŞ hökumətinin İraqın keçmiş baş naziri Nuri əl-Malikinin başçılıq elədiyi hökumətin işçilərinə verdiyi iddia edilən rüşvətlər vasitəsi ilə İŞİD terror təşkilatının yüksəlişi “yoluna döşədiyi daşlar” aşkara çıxıb.

ABŞ Ədliyyə Nazirliyi ABŞ-dakı “Sallyport Global Services” adlanan özəl təhlükəsizlik şirkətinin İraqdakı əlaqələri ilə bağlı istintaq aparmağa başlayıb. Şirkətin İraq hökumətinin məmurlarına rüşvət verib-vermədiyi araşdırılır. İraqdakı Balad bazasında başlanan əhvalat ABŞ hökumətinin və amerikalı özəl təhlükəsizlik şirkətlərinin İraqın keçmiş baş naziri Nuri el-Malikiyə çatdırdıqları pulların İŞİD terror təşkilatının qüvvətlənib yüksəlməsinə xidmət eləməsi ilə bitir.

Amerika mətbuatında “The Daily Beast” nəşri üçün müstəqil araşdırma aparan “Hökumət Məsuliyyəti Layihəsi” ABŞ Müdafiə Nazirliyi Pentaqonun qanunsuz əməkdaşları barəsində narahatlıq doğuran sual işarələrini gün üzünə çıxarıb.

İraqın keçmiş baş naziri Nuri əl-Malikinin də arasında olduğu güclü şəxslərin Amerikanın özəl təhlükəsizlik şirkərlərinin əməkdaşları və mərkəzi Küveytdə yerləşən Afaq şirkəti ilə möhkəm əlaqələrə malik olduqları aşkara çıxıb. İstintaqa 30-dan artıq şəxs cəlb olunub.






Fikirlər