Putinin nifrət etdiyi ÇEX QIZI: "Mavi quş"un İNANILMAZ SİRRİ...

Putinin nifrət etdiyi ÇEX QIZI: "Mavi quş"un İNANILMAZ SİRRİ

Niyəsə mənə elə gəlir ki, bəstəboy insanlar daha müdrik olur. Xüsusən də siyasətdə... 147 sm boyu ilə planetə broş əlifbası öyrədən Madlen Olbrayt kimi.

Dünya liderlərinin yaxın dostu, siyasi qüdrəti dillərə dastan olan Olbraytı kosmopolit adlandıra bilərik. Ən qorxunc müharibələrə, ən soyuq ayrılıqlara tab gətirib Madam Katib. Amma yenə də dünyanın vətəndaşı olmaqdan vaz keçməyib.

Əsl adı Mariya Yana olan çex qızı haqda məqaləni oxuyandan sonra, onun haqda təsəvvürünüzün dəyişəcəyinə əminəm.

Publika.az Madlen Olbrayt haqda yazını təqdim edir.

МадÐ

Mariya Yana Korbelyova Yozef Korbellə Anna Spiqlovanın ailəsində doğulub. Ailənin ilk qızı və ilk bahar günəşi olur Mariya. Ondan sonra bacısı Katerina və qardaşı Conon doğulur. Korbel ailəsinin evi 3 günəşdən ibarət qaynar ocağa çevrilir. Hər 3 övlad valideynlərinin qürur yeri, xoşbəxtlik mənbəyi olur.

Madleni ömür boyu səngiməyən suallar müşayiət edir: "Özünüzü daha çox hansı ölkənin bir parçası hiss edirsiniz? Uşaqlığınızı, min kilometrlərlə geridə qoyduğunuz doğma torpaqlarınızı, Praqanı necə xatırlayırsınız?”

Bəlkə də hər kəsə tək-tək cavab verməmək üçün Madlen, yaxud Mariya Yana “Praqa qışı. Yaddaşın və savaşın tarixi. 1937-1948” kitabını yazır. Şöhrətli çex yazıçısı, Çexiyanın ilk prezidenti Vatslav Havel bu əsəri İkinci Dünya Müharibəsi, Çexoslovakiyanın işğalı, çex xalqının şücaətini olduqca zəngin təsvir edən dəyərli tarixi mənbə adlandırır. Madlenin özü haqda qələmə aldığı bu qədər məlumatı heç bir bioqraf onun qədər dəqiq təsvir edə bilməzdi.

Похожее изображение

Madam Katibin qələminə istinadən deyə bilərəm ki, o, nə Praqanı, nə körpəlik illərini, nə də nənə-babalarını xatırladığını bildirir. Nənəsinin isti qucağı haqda parlaq xatirələri də yoxdur. Çünki Mariyanın yaddaşı bu saf məhəbbəti xatırlamayacaq qədər məsum və günahkardı. “Mən nənələrimi sevməyi öyrənmədən, torpaq onları öz qoynuna aldı”

Atasının işinə görə Mariya Yana uşaqlığını Belqradda keçirir. Diplomat Korbel doğma vətəninin Hitler ordusunun işğalında olduğunu öyrənib, təcili geri dönməli olur. Parlaq gələcəyi gənc və perspektivli diplomata xarici işlər naziri vəzifəsini vəd etsə də, savaş ümidlərini toza çevirir. Korbelin nəinki karyerasına, yəhudi əsilli olduğu üçün ailəsinin təhlükəsizliyinin üzərinə də toz qonur. Siyasi hiylələri hesabına Cozef ailəsini ölkəsindən çıxarmağa nail olur. İllər sonra Mariyanın anası "Bizi yaxşı dostlarımız, böyük uğur və ərimin aldığı xırda rüşvətlər ölməyə qoymadı" deyəcəkdi.

Картинки по запросу prague üinter

Öncə İngiltərənin paytaxtı London, sonra isə Uolton-on-Temz şəhəri ailənin sığınacağına çevrilir. Bu şəhərcikdə Madlen öz nəhəng dünyasını qurur. Hətta “Praqa qışı” kitabının üz qabığında əlində oyuncaqla təsvir olunan qızcığaz qaçqın və xoşbəxt körpə Madlenin özüdür.

Ailə evə bənzər balaca komada yaşayırdı. Həmin müddətdə Hitler və onun qoşunu London, eləcə də digər ingilis şəhərlərini bombalamaqla məşğul idi. İnsanlar da çox zaman evin zirzəmisində gizlənirdilər. 4 yaşlı Madlen silah səslərini, savaş uğultusunu oxuduğu mahnılarla susdurmağa çalışırdı. Anasının danışdığı çex nağıllarını dinləyib ürəyini savaşın xarabazarına çevrilməkdən qoruyurdu. Canına qorxu çökmüş rütubətli divarların arasında böyüyürdü Madlenka. Valideynləri onu sevərək belə adlandırırdılar. Amma hələ bilmirdilər ki, Mariya Yana bir gün dünyanı broşlarına dolayan Madlenə çevriləcək.

Madlenkanın ən isti xatirələrindən biri də ağır metal masa altında gizlənib körpə bacısı ilə oyandığı dəqiqələr idi. Bu masalar adətən uşaqları atılan bombaların təhlükəsindən qoruyurdu.

Elə həmin illərdə Madlen filmdə ilk obrazını canlandırır. Beynəlxalq Qızıl Aypara Cəmiyyətinin qaçqınlar haqda çəkdiyi filmdə öz obrazını ifa edir. Ah Madlenka, o zaman haradan bilərdin ki,vaxt gələcək yenə öz obrazını yaradacaqsan, amma dünyanın hegemon dövlətinin ilk qadın katibi qismində...

2015-ci ildə məlum olur ki, "Broşlar kraliçası" “Dövlət katibi” serialında öz obrazını yaradacaq. Bu, Madlenin filmdə ilk rolu deyildi. 2005-ci ildə yeniyetmələr üçün çəkilən “Gilmor qızları” serialında uğurla çəkilmişdi. 2018-ci ildə isə “Kavaleriya” filmində yenə özünü canlandırır.

Картинки по запросу kavaleriya Olbrayt

Mariya doğma Praqaya bir də müharibə bitəndən sonra, 1945-ci ildə dönür. Atası üçün bu siyasi triumf ailə üçün isə sadəcə vətənin verdiyi dinclik, mavi səma idi. Viran qalmış şəhərin böyük bir evinə köçən Korbela klanının gözəl günləri göz qırpımı qədər qısa sürür. Madlenkanın nənə-babaları və digər qohumları əsir düşərgəsində edam olunmuşdular.

Vətənə dönüşün də öz cəzaları vardı. Hər yerdə sovet ordusunun silahlı əsgərləri gəzişirdi. Müəllimləri balaca “ingilis”in alışmadıqları ruh azadlığına hiddət püskürürdülər. Axı necə ola bilər ki, şagird müəlliməsinin donunun gözəl olduğunu onun üzünə desin?!

Bir müddət sonra diplomat ata yenidən Belqrada göndərilir. Bu dəfə də ailəsini özü ilə aparır.

Yuqoslaviya yəhudi ailəni kübarlıqla qarşılayır. Böyük iqamətgah, hovuz, sürücü, mürəbbiyə, xidmətçilər... Amma varlı, qəddar ərə bənzəyən Belqrad Madlenkanın vətəni olmaq şərəfinə nail olmur.

Səfir qızı Mariya illər boyu dəyişməyən ən ideal təhsilin vətəni İsveçrənin internat-gimnaziyasına oxumağa göndərilir. Bir vaxtlar Madlenkanın anası Anna da həmin gimnaziyada təhsil almışdı. Amma onun valideynləri gənc Cozefi qızlarına layiq bilmədikləri üçün uzağa göndərmək qərarı vermişdilər. Madlendə isə vəziyyət fərqli idi. Atası qızının fransızca öyrənməsinin, elmi biliklərini zənginləşdirməsinin, ümumiyyətlə azad həyata atılmasının tərəfdarı idi. İstənilən 10 yaşlı uşaq kimi Mariya da valideynlərinin qərarından məmnun deyildi. Milli libaslar geyinib ölkəsindən gələn nümayəndəlik üzvlərini təyyarə önündə qarşılamağı daha əyləncəli hesab edirdi. Nə göz yaşları, nə də uydurma xəstəliklər balaca “ingilisin” köməyinə çatmadı. Birdən özünü Cenevrə gölünün sahilindəki elitar gimnaziyanın divarları arasında fransızca danışarkən tapdı. Düz bir ildən sonra mükəmməl fransızca biliyini və sevimli amerikalı rəfiqəsinin ona verdiyi Madlen adını qoltuğuna vurub gimnaziyadan ayrılmalı olur.

Похожее изображение

Amma valideynləri onu evə qayıdışla müjdələmək niyyətində deyildilər. Diplomat Korbelin karyerası üzərinə yenə qırov tökülməyə başlayırdı. 1948-ci ildə Çexoslovakiyaya hakim kəsilən yeni rejim onu Yuqoslaviyadan geri çağırır. Kommunistlər hesab edirlər ki, bu siyasi baxışlara mənsub olan diplomat belə yüksək vəzifəyə layiq görülməməlidir. Digər həmkarlarının sürgün və həbs hökmünü kənardan izləyən Yozef həyatında ikinci çox vacib qərara qəbul edib, ABŞ-a mühacirət etmək qərarına gəlir. Ailəni yenidən İsveçrəyə gətirib, sakit tərzdə bir daha vətənlərinə dönməyəcəklərini bildirir. Korbellər ən bahalı gəmi laynerlərindən biri ilə Amerikaya üz tuturlar. 11 yaşlı Madlenin ayağı ilk dəfə Amerika torpağına dəyir.

200-dən çox broşdan ibarət yeni diplomatik dili kəşf edən Olbraytın Amerika macəraları da bu təmasdan sonra başlayır.

МадÐ

Karyerası haqda məlumat verib daha maraqlı məqamlara da keçəcəm. Səbrlə bunu da oxuyun...

Madlen uşaq ikən jurnalist olmağı arzulayırdı. Hətta bir müddət tələbə qəzetlərinin birində çalışmağa başlayır. Tez bir zamanda baş redaktorun müavini vəzifəsinə yüksəlir. Universiteti bitirəndən sonra Olbrayt Britaniya ensiklopediyasının redaksiyasının işçisi olur. 1967-ci ildə isə politologiya üzrə aspiranturanı başa vurur. Diplom işinin mövzusu isə Sovet diplomatiyası olur.

Olbraytın siyası karyerası 1972-ci ildə başlayır. Belə ki, o, ilk dəfə senator Men Edmund Maskinin ABŞ-ın prezident seçkilərinə namizədlik kampaniyasının hazırlanmasında iştirak edir. 1975-ci ildə isə senator Madlenə xarici və mühafizə siyasətinin baş hüquqi məsləhətçisi vəzifəsini tapşırır. Madlen digər siyasətçilərdən ünsiyyətçilliyi və dostsevərliyi ilə fərqlənirdi. Uğurlarını da buna borcludur.

Cimmi Karter hakimiyyətə gələndən sonra Olbrayt Ağ Evdə vəzifəyə çağrılır. Madlenin Kolumbiya Universitetindəki keçmiş müəllimi Zbiqnev Bjezinski milli təhlükəsizlik üzrə məsləhətçi təyin edilir və öz tələbəsini qanadlarının altına alıb konqreslə əlaqələr üzrə referent vəzifəsinə layiq görür.

1983-cü ildən etibarən Olbrayt Corctaun Universitetinin professoru olur.

Demokratik partiyanın fəllarından olsa da, 1984-cü ildə vitse prezident seçkilərinə qatılan Ceraldin Ferraronun xarici siyasət üzrə məsləhətçisi məsuliyyətini üzərinə götürür. Bundan sonra “Milli Siyasi Mərkəzə” başçılıq edir. Olbrayt bu postda ikən əlaqələrini genişləndirməyə nail olur. 1988-ci ildə beynəlxalq əlaqələr üzrə məsləhətçi təyin edilir.

Похожее изображение

Vaşinqtonda baş tutan prezidentliyə namizəd Dikakislə rəqibi Corc Buşun teledebatları zamanı Olbrayt Bill Klintonla tanış olur. 1989-cu ildə Madlen Klintona ABŞ-ın ən nüfuzlu ictimai təşkilatlarından biri olan Beynəlxalq Əlaqələr Şurasına üzv olmağı tövsiyə edir. Klinton bu yaxşılığı unutmur, prezident postuna keçər-keçməz "Broşlar kraliçası"nı ABŞ-ın BMT-də daimi nümayəndəsi təyin edir.

Təşkilatdakı fəaliyyəti dövründə Polşa, Çexiya və Macarıstanın BMT-nin üzvlüyünə qəbul edilməsi üçün əlindən gələni əsirgəmir. O, həmçinin Balkanlardakı problemlərin həlli yolunda da mətin addımlar atır. Çoxları Madleni Kosovoda günahsız insanların öldürülməsində günahkar bilib “Serbiyanın cəlladı” adlandırırlar.

МадÐ

1998-ci ildə Olbrayt ABŞ-ın dövlət katibi seçilir. Madlenin ən qatı siyasi düşmənlərindən biri də Putin olub. Bu fakt nəinki dünya siyasətinin qaymaqlarına və hegemon dövlətlərinə, eləcə də bu sahədə çox uzaq olanlara da agah idi.

"Broşlu xanım" Putin haqda “Çox ağıllı, eyni zamanda qəddar insandır. O, bütün dünyanın Rusiyaya qarşı birləşdiyini düşünüb idarəni əlinə almağa cəhd edən DTK zabitidir. Yanlış düşünür. Əlindəki kartlar uğursuz olsa da, bəzən kifayət qədər yaxşı oynamağı bacarırdı. Məncə onun məqsədi Avropa İttifaqını parçalayıb dağıtmaqdır. NATO-nun onun təsir dairəsindən itməsini istəyir“, - deyirdi.

Olbraytın nitqlərində Sibir mövzusu həmişə önə çəkilirdi. Bu ərazini kifayət qədər zəngin adlandıran Olbrayt Sibirin yalnız Rusiyanın hakimiyyəti altında olmasını dünya üçün ədalətsizlik adlandırırdı.

Madlen Olbrayt həmçinin Ukraynada növbədənkənar keçirilən prezident seçkilərində Milli Demokratik İnstitutu təmsil edən nəzarət nümayəndəliyində idi. Təbii ki, bu müddətdə Yuliya Timoşenko ilə görüşü də diqqət önündə oldu.

Картинки по запросу Madlen Olbrayt

Madlenin broş və zinət əşyaları onun siyasi obrazının bir hissəsi idi. Bu broşların hər birinin sanki siyası dili və rəmzi vardı. Madlen hər bir siyasi, rəsmi tədbirlərə taxdığı aksesuarlar vasitəsilə bu görüşün onun üçün nə dərəcədə önəmli olduğunu bildirirdi. Kürə, kəpənək, çiçək şəklində olan zinət əşyaları birinci katibin optimizmindən xəbər verirdi. İlbiz və tısbağa formalı broşlar isə məsələnin artıq çox uzandığına işarə idi.

Картинки по запросу Madlen Olbrayt broshi

ABŞ-ın siyasi tarixində bundan öncə heç bir siyasi xadim Olbraytın jestini etməmişdi.

Bu broşların da çox maraqlı yaranma tarixi var. Bill Klintonun hakimiyyəti dövründə xanım Olbrayt BMT-nin səfiri idi. Həmin dövrdə İran körfəzində müharibə gedirdi və Səddam Hüseyn Madlenin tələbinə tabe olmaqdan imtina edirdi. İraq mətbuatı isə Olbraytı "ilan" adlandırırdı. Bütün qəzetlərdə səfir xanım, zəhərli ilana bənzədilirdi. Bu hadisədən bir müddət sonra Olbrayt İraq rəsmiləri ilə görüşə pencəyini bəzəyən ilan broşla çıxır. BMT-nin əməkdaşları niyə belə etdiyini soruşanda səfir bu hərəkəti ilə ismarıcı onlara geri qaytardığını bildirdi.

Məşhur siyasi xadim öz həyatından bəhs edən “Mənim broşlarımı oxuyun: diplomatik daş-qaşlar mücrüsünün tarixi” kitabında bu haqda çox maraqlı hekayələrə toxunub.

Səddam Hüseynlə baş vermiş qalmaqaldan sonra Xanım Olbrayt qatıldığı bütün rəsmi tədbirlərdə broşların dili ilə ismarışlar göndərməyə başladı.

Картинки по запросу Madlen Olbrayt broshi

Xanım Olbraytın siyasi jestlərini özündə ehtiva edən digər aksesuar da mavi quş idi. Belə ki, Kuba təyyarəçiləri ABŞ-a məxsus olan hərbi və sərnişin təyyarələrini partladandan sonra Madlen başını aşağı əymiş quş şəkilində broş taxmağa başladı. O, bu hərəkətilə ölkənin matəm içərisində olduğunu bildirirdi.

Bundan əlavə çox vacib rəsmi görüşlərə siyasətçi xanım ABŞ-ın gücünü özündə əks etdirən nəhəng bayraq formalı broşla qatılırdı.

Madlen Olbraytın broşları haqda maraqlı, gülməli və çox qalmaqallı əhvalatlar var ki, onların biri də Rusiya prezidenti Vladimir Putinlə bağlıdır. Olbrayt öz kitabında yazır ki, mən Putinlə rəsmi görüşə 3 meymunun əksi olan broş taxmışdım. Bu, mənim Rusiyanın Çeçenistana qarşı apardığı müharibə siyasətinə münasibətimi göstərirdi. Lakin hiss etdim ki, dövlət başçısı mənim bu hərəkətimə çox qəzəbləndi.

Siyasətə ilk gəlişindən bəri Olbraytın yəhudi əsilli olması daim müzakirə mövzusu olub. Hətta siyasi addımlarının ləngiməsində də bu fakt özünü biruzə verib. Çoxları onun ünvanına hiddətlə "Amerikanın ipi yəhudilərin əlindədir" deyirdilər.

Əslində isə Korbal ailəsi İkinci Dünya Müharibəsi başlayanda, ilk iş olaraq xristianlığı qəbul edir. Katolik ailə iudaist inanclarını da qorxa-qorxa qara qutuda gizlədir. Lakin bu dünya sirr saxlamır.

Olbrayt məsələyə belə açıqlama verir: “Yəhudi əsilli olduğumu ilk dəfə qəzetlərin birində haqqımda yazılan məqalədən oxudum. Məqalədə Holokostda öldürülən qohumlarımın siyahısı ilə də rastlaşdım. Valideynlərimin bunu məndən gizlətmə səbəbini də bilmirəm. Mən öyrənəndə, onlar artıq bu dünyadan köçmüşdülər. Bəlkə də nənələrim və babalarım düşmən tərəfindən qətl ediləndə, valideynlərimin onların yanında olmaması, ömürlük vicdan əzabına çevrilmişdi. Və bu acını bizə də ötürmək istəməmişdilər”

Maraqlısı budur ki, Madlenlə yaşıd qohumlarından biri Daqmar bir müddət Londonda, sonra isə Belqradda onlara yaşamışdı. Amma o da həmişə bu barədə susmuşdu. Halbuki Daqmarın kiçik bacısı Milena bütün ailəsi ilə birgə Osvensimdə öldürülmüşdü. Ümumilikdə, dövlət katibinin 20-dən çox qohumu yəhudi soyqırımının qurbanı olmuşdu. Madlen dəfələrlə Terezində olub, dünyadan köçən qohumlarının, eləcə də minlərlə yəhudinin ruhunu ehtiramla yad edib. 2015-ci ildə isə Terezinə qayıdıb Holokost qurbanlarının eləcə də 26 qohumunun xatirə abidəsinin açılışını edir.

2017-ci ildə Madlenka qəribə bəyanatla çıxış edir. Donald Trampın Suriyadan ölkəsinə qaçan müsəlman qaçqınların girişinə qadağa qoyulması qərarından sonra Tviter hesabına belə bir cümlə yazır:”Mən katolik inancı ilə böyümüşəm. İllər sonra öyrənmişəm ki, valideynlərim yəhudi olub. İndi isə həmrəylik məqsədi ilə müsəlmanlığı qəbul etməyə hazıram”.

Olbraytdan tez-tez özünü hansı ölkəyə daha yaxın hiss etdiyini, hansı məmləkətin bir parçası olduğunu soruşurlar. Qəlbinin cavabına heç vaxt siyasi don geyindirməyən xanım katib sovet dövründə ölkəsinə səfərlərinin xoş təsir bağışlamadığını etiraf edir. “1990-cı ildən sonra isə gəlib prezident Havellə görüşəndə özümü evimdə, ocağımda hiss etdim. Atamın önəm verdiyi mənəvi dəyərlərin şahidi oldum. Valideynlərim azad Çexoslovakiyanın demokratik idarəçiliyi altında böyümüşdülər. Bununla qürur duyurdular. Prezident Havel nəinki ölkəsinin vətəndaşlarına eləcə də mənə çex əsilli olduğumla qürur duymağım üçün səbəb verdi”.

“Madam katib” dünya liderlərinin çoxu ilə gözəl münasibətdə idi. Jurnalistlərin də sevimli həmsöhbəti sayılırdı. O, istənilən mövzuda maraqlı fikir mübadiləsi aparmaq bacarığına sahibdir. Heç kim onu Marqaret kimi, "dəmir ledi" adlandırmağa cəhd etmirdi. Rəsmi danışıqlarda isə kifayət qədər sərt davranır, ölkəsinin mövqeyini əminliklə sərgilməyi bacarırdı.

Картинки по запросу Havel Albright

Çexiya hər zaman katib qızını böyük sayğı və sevgi ilə qarşılayıb. Hətta Olbrayt ölkəsinin rəmzi sayılır desəm daha doğru səslənər. Çexiyanın keçmiş prezidenti Vatslav Havel hakimiyyətdən gedəndə, yarı zarafat, yarı ciddi, bu posta xanım Olbraytı uyğun gördüyünü bildirir. Hətta əlavə edir ki, çex qanunvericiliyi buna icazə verməsə də, eleqant yollarla məsələni həll etmək mümkündür. Bütün kainat Olbraytın Çexiya prezidenti olması üçün səfərbər ikən...Bu haqda o “Madam katib” kitabında ətraflı açıqlama verir. “Bu, olduqca böyük şərəf, və güvən verən bir təklif idi. Axı onun müəllifi rəğbət bəslədiyim Haveldir. Amma mən amerikalı olduğumla qürur duyuram, yerimdən də tam məmnunam. Həm də ölkəmin ən ağır günlərində burada olmamışam, o ağırları soydaşlarımla birgə tam yaşamamışam. Bəli, mən çex dilində gözəl danışıram. Amma ölkədəki çətin kommunist dövrünü yaşayanlar, intellektual azadlığın qeydinə daha çox qala biləcəklər. Dövlət katibi bu günədək minlərlə qızıl cümlələrin müəllifi kimi tanınıb, neçə-neçə kitab yazıb. Amma onun bir cümləsi özünü xarakterizə etmək üçün daha səmimi, daha duyğuludur. “Valideynlərimdən çex, yaxud slovak olduğumu soruşanda, cavabları belə olurdu: "sən çexoslovakiyalısan”

Bu gün çexoslovakiyalı katib nəvələrinə çexcə nağıllar söyləyir. Ana yurduna hər səfərindən onlara marionet oyuncaqlar gətirir. Doğrudur, o özünü tam çex saymır, amma bu doğmalıq duyğusunu da qəbində bəsləyir.

Axı sizə Madlenkanın eşq həyatından, öz ailəsindən danışmadım...

МадÐ

Madlenin boyu cəmi 147 sm-dir. Özü də artıq çəkiyə həmişə meylli olub. Buna baxmayaraq, daim kişilərin sarı simlərinə toxunmağı bacarıb.

1959-cu ildə Madlen “New York Daily News” qəzetinin sahibi, maqnat Cozef Medill Olbraytla ailə qurur. Toydan bir il sonra Olbrayt cütlüyünün Enn və Elis adlı əkiz qızları doğulur. Körpələr vaxtından tez doğulduqları üçün ciyərlərində problem vardı. Körpələri o qədər zəif və balaca idilər ki, analarının onlara toxunmağı da qadağan idi. Amma ürəklərində cücərən qadın gücü əkizləri həyata qaytarır. 6 il sonra Madlen yenidən hamilə qalır. Amma elə ilk trimestrdə əkizləri qızılcaya tutulurlar. Hamilə anaya peyvənd vurulsa da, bətnindəki körpəsini təhlükədən qorumaq mümkün olmur. 3-cü övladı ölü doğulur. Amma ümidsiz Madlenin təsəllisi bir il sonra gəlir. Sonbeşiyi Ketrin doğulur.

МадÐ

Cozef “Chicago Sun Times” qəzetinin müxbiri idi. Məşhurluq onu öz ağuşuna 1961-ci ildə aldı. Belə ki, həmin il Riçard Niksonun tərəfdaşları ilə görüşü zamanı mehmanxananın hamamına girib səsləri diktofona qeydə alır. Sonra qalmaqallı məqalə yazıb, şöhrət qazanır.

1970-ci ildə xanım Olbrayt «News day» qəzetinin bütün qiymətli sənədlərini 37,5 milyon dollara satır. Ailə ittifaqlarının 23-cü ilində Olbraytlar boşanmaq qərarına gəlirlər. Etiraf edirəm, "Broşlar kraliçası"nı uşaqlıqdan məntiqli qadın kimi tanımışam. Amma bu qərarının əsl səbəbi hələ də mənə çox maraqlıdır. Məndən eşitmiş olmayın, hələ də bu mövzuda iki versiya səslənir. Madlenin qohumları deyir ki, oğlan heç vaxt ailəsinə sadiq olmayıb. Boşanmaqlarının səbəbi də başqa qadının yanına getməyi olub. Oğlan tərəfi isə hər şeydə Madlenin etinasızlığını və karyera ehtirasını səbəb gətirir. Demək ki, hər kəs Marqo Tetçerin həyat yoldaşı kimi şücaət və sədaqət mücəsimməsi deyil.

Qadın hiyləsi və siyasətçi taktikası Madleni bu ayrılıqdan da hesablı çıxardır. Keçmiş əri Corctaunda 3 mərtəbəli villa, Virciniyada ferma və var-dövlətinin böyük bir hissəsini onun adına keçirir.

2018-ci ildə keşmiş dövlət katibi Tramp və Putindən bəhs edən “Faşizm: Xəbərdarlıq” kitabını yazır. Bu kitab ötən il dünya üzrə ən çox oxunan ikinci qeyri-bədii əsər oldu. Hətta kitabın təqdimatında özü də iştirak edən "Broş kraliçası" olduqca təravətli və gümrah görünürdü. Hazırda Madlen Olbrayt Vaşınqtonun Corctaun Universitetində diplomat olmaq istəyən gənclərə sözün hər iki mənasında dərs verir.

Картинки по запросу Havel Albright

“Qadınlar bir-birinə mütləq yardım əli uzatmalıdırlar. Əminəm ki, cəhənnəmdə bunu etməyənlər üçün xüsusi yer var.”






Fikirlər