“”Qanunsuz qazanılmış əmlakın müsadirə edilməsi haqqında” Qanun qəbul olunmalıdır” – XAQANİ CƏFƏRLİ

Həmin qanunla 200 min manatdan artıq mənşəyi məlum olmayan, qanunsuz yolla əldə edilmiş sərvət məhkəmənin qərarı olmadan dövlətin nəfinə müsadirə olunmalıdır”

“Prezident İlham Əliyev iyunun 3-də Ağcabədidə ASAN könüllüləri ilə görüşdə məmur özbaşınalığı ilə bağlı bütün siqnalların araşdırılacağını, qarayaxma kampaniyasının yol verilməzliyini, kortəbii yanaşmanın mümkünsüzlüyünü bildirməklə əminliklə bəyan edib ki, korrupsiyaya və rüşvətxorluğa qarşı mübarizədə qalib gələcəyik. Prezidentin də ifadə etdiyi kimi qarayaxma kampaniyasının yol verməmək, eyni zamanda korrupsiyaya və rüşvətxorluğa qarşı mübarizədə qalib gəlmək üçün bir neçə qanun qəbul olunmalıdır”. 

Hurriyyet.org xəbər verir ki, bu fikirlər politoloq Xaqani Cəfərliyə məxsusdur.

Politoloq hesab edir ki, bu qanunlardan biri “Qanunsuz qazanılmış əmlakın müsadirə edilməsi haqqında” Qanun olmalıdır: “Həmin qanunla mənşəyi göstərilə bilməyən sərvətə malik olmanın son həddi göstərilməlidir. Həmin həddən sonrakı sərvət məhkəmə qərarı olmadan dövlətin xeyrinə müsadirə olunmalıdır. Keçmiş sovet respublikalarının bəzilərində müfaviq qanun qəbul olunub. Sonuncu belə bir qanun Ermənistanda qəbul olunub. Ermənistan parlamentində cəmi bir nəfər əleyhinə, 15 nəfər bitərəf olmaqla, 99 deputatın lehinə olduğu qanunvericilik aktı “Qanunsuz mənşəli əmlakın müsadirə edilməsi haqqında” Qanun adlanır. Aprel ayında parlamentin qəbul etdiyi qanunu prezident may ayında imzaladıqdan sonra qüvvəyə minib. Bu qanuna görə dəyəri 50 milyon dramdan çox olan mənşəyi göstərilə bilməyən sərvət məhkəmənin qərarı olmadan müsadirə olunur. Bir erməni dramının 0.0035 Azərbayan manatına bərabər olduğunu nəzərə alsaq, Ermənistanda dəyəri 175 min manatdan olan, mənşəyi göstərilə bilməyən sərvət müsadirə olunur. Çox maraqlıdır ki, qanunun ilkin variatında dəyəri 25 milyon dramdan (87 500 manat) çox olan sərvətin müsadirə olunması təklif edilsə də, müxalifətin təklifi nəzərə alaraq 50 milyon drama qaldırıldı. İndi Ermənistanda dəyəri 50 milyon dramdan (175 min manat) artıq olan sərvət məhkəmənin qərarı olmadan müsadirə oluncaq”.

Xaqani Cəfərli bu qənaətdədir ki, Azərbaycanda mənşəyi göstərilə bilməyən sərvətin son həddi 200 min manat olmalıdır: “Yəni, 200 min manatdan artıq mənşəyi məlum olmayan, qanunsuz yolla əldə edilmiş sərvət məhkəmənin qərarı olmadan dövlətin nəfinə müsadirə olunmalıdır. Əgər korrupsiyaya və rüşvətxorluğa qarşı mübarizədə qalib gəlmək, eyni zamanda ədaləti bərpa etmək istəyiriksə, belə bir qanun gec-tez qəbul edilməlidir”.

"AzerTaym.az






Fikirlər