“Mən LOTUYAM...” – Pənah Hüseynlə bağlı qalmaqal: - VİDEO

“Mən Lotuyam...” – Pənah Hüseynlə bağlı qalmaqal: Video

Azərbaycan Xalq Partiyasının sədri, keçmiş Baş nazir Pənah Hüseynlə Azərbaycan Naminə Alyans Partiyasının sədri Abutalıb Səmədov arasında insident baş verib. 

Yenisabah.az xəbər verir ki, tərəflər Xural TV-də yayımlanan, jurnalist Əvəz Zeynallının aparıcılıq etdiyi “Siyasət Meydanı” verilişində üz-üzə gəliblər. Pənah Hüseynlə Abutalıb Səmədov arasında debat mübahisəyə çevrilib. 

AXP sədri Abutalıb Səmədov mərhum prezident Heydər Əliyev haqqında danışarkən ona “Siz Heydər Əliyevi müdafiə eləmək qabiliyyətində olan adam deyilsiz”  fikri qarşı tərəfi özündən çıxarıb. 

O, Pənah Hüseynə “Həddinizi aşırsınız” deyə irad bildirib. AXP sədri ona “Sakit oturun” deyərkən Abutalıbov Səmədov yüksək tonla ona “Kəs, sən özünü necə aparırsan, lotusan? Nə tərbiyəsiz adamsan sən?” deyib. Pənah Hüseynin cavabı lakonik olub: “Lotuyam”.

Həmin hissəni oxucuların diqqətinə çatdırırıq. 






Fikirlər