Kəlbəcərlilər Ağdərə-Kəlbəcər yolu ilə bağlı Prezidentə MÜRACİƏT etdi

Kəlbəcərə Qayıdış" İB-nin üzvləri Lerikdə şəhid ailələrinə maddi yardım etdi » Dalidag.az

Kəlbəcərə Qayıdış” İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti,Ali baş komandan İlham Əliyevə müraciət ünvanlayıb.

 "AzerTaym.az" müraciətin mətnini təqdim edir:

Cənab Prezident!

Sizin məcburi köçkünlərin könüllü qaydada məskunlaşmaları ilə əlaqədar müraciətiniz Birliyimiz tərəfindən müsbət qarşılandı və müzakirələr aparıldı. “Kəlbəcərə Qayıdış” İctimai Birliyi olaraq əldə edilmiş möhtəşəm zəfərimiz münasibətilə Cənab Ali Baş Komandan Sizə, Ordumuza, Xalqımıza və Dövlətimizə öncədən təşəkkürümüzü bildiririk.

       Cənab Prezident!

Məcburi köçkünlərin könüllü məskunlaşması qərarınıza müsbət yanaşaraq bildiririk ki, öz doğma torpaqlarını sevən və tezliklə yurd-yuvalarına dönmək istəyən kəlbəcərlilərimizin çox ciddi bir problemi- yol problemi mövcuddur.10 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyənata əsaslanaraq,Qarabağın və ətraf rayonların Azərbaycan ərazisi kimi qəbul edildiyi rəsmi sənədi əsas tutaraq Kəlbəcərimizin ata-baba yolu olan Tərtər-Ağdərə-Kəlbəcər magistral yolunun yaxın zaman kəsiyində açılmasını “Kəlbəcərə Qayıdış” İctimai Birliyi  və kəlbəcərlilər adından xahiş və tələb edirik. Əvvələr olduğu kimi Kəlbəcərlilərin el yolu olan Tərtər-Ağdərə-Kəlbəcər yolu işğalçı düşməndən təmizlənərək,Azərbaycanın nəzarətində olsun.Biz bir nəfər kimi Kəlbəcərimizin yenidən qurulmasında yaxından iştirak etmək istəyirik. Biz Kəlbəcərlilərin tam təhlükəsiz olaraq həmin yolla doğma yurduna qayıdışı təmin edilsin ki, bununla da Kəlbəcərimizə olan həsrətimizə son qoyaq. Kəlbəcərimizin yenidən qurulmasında öz töhfəmizi verək. Bu bir təşkilatın yox, on minlərlə kəlbəcərlinin istəyidir.

Hörmətlə,

“Kəlbəcərə Qayıdış” İctimai Birliyinin üzvləri

08.01.2021-ci il.

 Kəlbəcərin bərpa planı:İlk növbədə nədən başlamalı…?- ARAŞDIRMA » RegionTV.info

 

     

 






Fikirlər