MTN-də YENİ TƏYİNAT general idarə rəisi oldu

 

2dcee580e43995a43b24aeb9927b6ad3Azərbaycan Milli Təhlükəsizlik Nazirliyində yeni təyinat baş tutub.
Lent.az-ın əldə etdiyi məlumata görə, Azərbaycan milli təhlükəsizlik nazirinin birinci müavini general-leytenant Mədət Quliyevin əmri ilə general-mayor Hafiz Musayev nazirliyin Hərbi Əks-kəşfiyyat Baş İdarəsinə rəis təyin edilib. H.Musayev bu vəzifəyə qədər həmin idarənin rəis müavini olub.
Milli Təhlükəsizlik Nazirliyinin mətbuat xidmətinin rəhbəri Arif Babayev Lent.az-a açıqlamasında bununla bağlı dəqiq məlumatı günün sonunda verə biləcəyini deyib.
Xatırladaq ki, adıçəkilən idarənin rəisi Nizami Şirinov ötən gün M.Quliyevin əmri ilə tutduğu vəzifədən azad olunmuşdu.Azərtaym.az






Fikirlər