Prezident ABŞ Hərbi Dəniz Qüvvələrinin katibini qəbul edib – FOTO

 

 

ilham amerika.jpg

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 7-də ABŞ Hərbi Dəniz Qüvvələrinin katibi Rey Maybusun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

ABŞ Hərbi Dəniz Qüvvələrinin katibi Rey Maybus ilə 4 il bundan əvvəlki görüşünü məmnunluqla xatırlayan Prezident İlham Əliyev onun ölkəyə bu səfərinin Azərbaycan ilə ABŞ arasında müdafiə sahəsində əməkdaşlığın perspektivlərini müzakirə etmək üçün yaxşı imkan yaradacağını deyib. Müdafiə sahəsində əməkdaşlığın uzun tarixə malik olduğunu vurğulayan dövlət başçısı bildirib ki, Azərbaycan tərəfi regionda sabitliyin təmin olunması istiqamətində səylərini əsirgəmir. Prezident İlham Əliyev ötən dövr ərzində regionda vəziyyətin xeyli dəyişdiyini də qeyd edib.

Ölkəyə ötən səfərini məmnunluqla xatırlayan Rey Maybus Azərbaycan Silahlı Qüvvələrinin Beynəlxalq Sülhməramlı Missiyanın tərkibində Kosovoda, İraqda, hazırda isə Əfqanıstanda uğurla əməkdaşlıq etdiyini vurğuladı, treninqlərin, qarşılıqlı təcrübə mübadiləsinin, hərbi təhsil sahəsində əməkdaşlığın önəmini qeyd edib.(Azərtaym.az)






Fikirlər