25.01.2014. - Alman reyxfürerin məktubları İsraildə tapılıb (FOTO)

25.01.2014. -   Alman reyxfürerin məktubları İsraildə tapılıb (FOTO)
25.01.2014. -   Alman reyxfürerin məktubları İsraildə tapılıb (FOTO) Məktubların əksəriyyətinin bayağı sevgi məktubları olmasına baxmayaraq, onlar orijinallığını saxlayan tarixi qiymətli sənədlərdir.
Nasist Almaniyasının rəhbərlərindən biri, reyxfürer Henrix Himlerin məktubları tapılıb.“Ria Novosti” agentliyinin məlumatına görə, məktublar İsraildə şəxsi arxivdə tapılıb. Bu barədə alman mətbu orqanı “Die Vvelt” yazır.

Məktublar uzun zaman çərçivəsini – 1927 - 1945-ci illəri əhatə edir. Məktublar Himlerin həyat yoldaşı Marqaretə ünvanlanlbmış. Eyni zamanda əvvəllər çap olunmamış şəkillər də saxlanılır.
Qəzetin məlumatına görə, sənədlər uzun müddətdir İsrailin şəxsiyyəti gizli saklanılan vətəndaşında saxlanılır. Bununla yanaşı, qəzet sənədlərin niyə bu insanda olduğunu dəqiqləşdirmir. Bundan sonra sənədlər şəxsi arxivə düşüb və indi Təl-Əvivdə bankların birnin seyflərində saxlanılır.
“Die Welt” qeyd edir ki, Almaniya Federal arxivinin ekspertizası sənədlərin orjinallığını təsdiqləyib.
Məktubların məzmununun bayağılığına baxmayaraq, onlar şübhəsiz ki, tarixi dəyər kəsb edir. Məktubların əksəriyyəti sevgi məktublarıdır.
Xatırladaq ki, Henrix Himler Üçüncü Reyxin əhəmiyyətli siyasətçilərindən biri olub və Adolf Hitlerin yaxın əhatəsinə daxil idi. O, 1945-ci ildə Almaniyadan qaçmaq istərkən anti-hitler koalisisyası tərəfindən əsir alındıqdan sonra intihar edib.

25.01.2014. -   Alman reyxfürerin məktubları İsraildə tapılıb (FOTO)






Fikirlər