Cavid Qurbanov Litvanın ölkəmizdəki səfirini qəbul etdi

 

“Azərbaycan Dəmir Yolları» QSC-də Litva Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri ilə görüş keçirildi

Moderator.az xəbər verir ki, sentyabrın 15-də “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətində Litva Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Valdas Lastauskas ilə görüş keçirilib.

Görüşdə “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov giriş sözü ilə çıxış edərək Azərbaycan Dəmir Yolunda reallaşdırılan layihələr, qarşıda duran perspektiv vəzifələr haqqında ətraflı məlumat verib.
İkitərəfli görüşdə Azərbaycanın Litva və Azərbaycan arasında əməkdaşlıq əlaqələrinin, "Vikinq train” layihəsinin gələcək perspektivləri müzakirə olunub. 
Sonra səfir Valdas Lastauskas “Azərbaycan Dəmir Yolları” QSC-də bütün sahələrində həyata keçirilən genişmiqyaslı islahatları yüksək qiymətləndirib.
İkitərəfli əməkdaşlığın bundan sonra daha da genişləndirilməsi qərara alınıb.
Qeyd edək ki, “Viking train” layihəsi 3 ölkə - Litva, Belarus və Ukraynanı əhatə etməklə yüklərin Baltik dənizi hövzəsindən Qara dəniz hövzəsinə daşınmasını əhatə edir. Azərbaycanın bu layihədə iştirakı daha geniş perspektivlər vəd edir. 
Belə ki, “Viking train” layihəsi Xəzər dənizi hövzəsinə çıxış əldə etməklə, bundan sonra həm Şərg istiqamətində (Orta Asiya və Çin) həm də Cənub istiqamətində (İran körfəzi və Hindistan) və əks istiqamətdə yüklərin daşınmasına imkan yaradacaq. Şimali Avropa (Baltikyanı, Skandinaviya və s.) dövlətlərinin İran, Pakistan, Hindistan və Ərəb ölkələri ilə ticarət dövriyyəsi kifayət qədər yüksək olduğunudan Azərbaycan tranzit ölkə kimi bundan bəhrələnəcək.






Fikirlər