"Onları Rusiya ZƏHƏRləyib" - Tillersondan SƏRT XƏBƏRDARLIQ

"Sergey Skripalın zəhərlənərək sui-qəsdə məruz qalması ilə bağlı Britaniyanın hakimiyyət dairələrinin apardıqları təhqiqata və Rusiyanın bu cinayətdə əli olması ehtimalı ilə bağlı Londonun əldə etdikləri məlumatlara tam inanır, etibar edirik".

ABŞ-ın dövlət katibi Reks Tillersonun bəyanatında belə deyilir.

Tillersonun sözlərinə görə, Britaniyada aparılan təhqiqat əsnasında amerikalı vəzifəli şəxslər britaniyalı həmkarları ilə sıx təmaslarda olublar: "Mənim özüm Britaniya XİN-nin rəhbəri Boris Consonla telefon danışıqları apardım. Suveren dövlətin ərazisində vətəndaşa hücumun, sui-qəsdin heç bir bəraəti ola bilməz. Rusiya yenə belə addımlar atır. Əvvəl Ukrayna və Suriyadakı hadisələr, indi də Britaniyada olay göstərir ki, Rusiya dünyada qeyri-stabillik yaradan məsuliyyətsiz qüvvədir. Bu cinayəti törədənlər və sifarişçilər müvafiq ciddi sonuclarla qarşılaşmalıdır".

Xatırladaq ki, martın 4-də, axşam saatlarında 66 yaşlı Sergey Skripal və onun 33 yaşlı qızı Yuliya İngiltərənin Solsberi şəhərindəki ticarət mərkəzinin qarşısında, "Zizi" restoranını önündə zəhərləniblər.

Onlar indi xəstəxanada koma vaəziyyətindədir.Milli.Az

 






Fikirlər