Məsciddə İŞİD üçün adam yığan dəstə tutuldu

Rusiya Daxili İşlər Nazirliyinin Moskva şəhəri üzrə Baş İdarəsinin ekstremizmə qarşı mübarizə mərkəzinin əməkdaşları paytaxt məscidlərindən birində uzun müddət İraq-Şam İslam Dövləti (İŞİD) terror qruplaşması üçün döyüşçülər cəlb edən 6 nəfərlik dəstəni ifşa edib.

Rusiya KİV-nin verdiyi xəbərə görə, vətəndaşların ələ alınması prosesi bir neçə ay əvvəl başlayıb.

Suriyaya kişilərlə yanaşı, qadınların da göndərilməsi planlaşdırılıb. İŞİD-ə qoşulmaq istəyənlərin bütün xərclərini həmin dəstə öhdəsinə götürüb. Bundan sonra onların Türkiyə vasitəsilə Suriyaya getmələri üçün gərəkli olan xarici pasportların əldə edilməsini həmin dəstənin inanılmış adamı həyata gətirib.

Ələ alınan şəxslərin göndərilməsi üçün həm hava, həm də digər nəqliyyat növlərindən istifadə olunub. Suriya sərhədinə çatdıqdan sonra potensial yaraqlılar qarşılanaraq İŞİD-in nəzarətindəki ərazilərə çatdırılıblar. (modern.az)






Fikirlər