"KİM ZƏMAHƏT VERİR Kİ, həmin dövlət daha məkrli planlar hazırlamayacaq?"

Aprelin 25-də Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Bakıya gələcəyi dəqiqləşib.

Türkiyənin Azərbaycandakı səfiri Alper Coşqun bununla bağlı jurnalistlərə açıqlama da verib.  

Bu yandan da 24 apreldə ermənilərin qondarma soyqırım günündə yumşaq deyilsə, şuluqluq salmayacağına əminlik yox. 
Görəsən, bu dəfə də xain terror və ya Ərdoğanın səfərini əngəlləyəcək başqa bir xoşagəlməz olay yaşanması ehtimalı göz önünə alınıbmı?
Uzun müddət xüsusi xidmət orqanlarında çalışmış yüksək çinli MTN zabiti, ehtiyyatda olan polkovnik İlham İsmayıl Moderator.az-a açıqlamasında deyir ki, ermənilərdən və onların havadarlarından hər cür namərdliyi gözləmək və buna hazır olmaq lazımdır:
"24 aprel hələ SSRİ dövründən bizim üçün xüsusi hazırlıq ərəfəsi idi. Erməni hiyləgərdi. 24 aprel ərəfəsində sayıqlığın olduğunu bilir. Ona görə tarixə diqqət edin, bu günlərdə erməni terrorçuları adətən aksiya törətməyiblər, amma bu o demək deyil ki, erməni terror etməyəcək və ya başqa terror təşkilatları bu zamandan istifadə edib Türkiyədə, Azərbaycanda terror törətməyəcəklər. Ankarada baş vermiş iki terror hadisəsinin arxasında hansı dövlətin dayandığı dolaysıyla məlumdu. Kim zəmanət verir ki, həmən dövlət bu tarix ərəfəsində daha məkrli planlar hazırlamayacaq? Hər halda Türkiyə də, Azərbaycan da baş verə biləcək fəsadların fərqindədi və hesab edirəm ki, zəruri tədbirləri görürlər".






Fikirlər