Ərdoğandan Cəmaləyə gözlənilməz zəng

Ərdoğandan Cəmaləyə gözlənilməz zəng

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan "Eurovision 2016"nın qalibi Cəmaləyə zəng edib.

Ölkə.Az türk mediasına istinadən xəbər verir ki, Ərdoğan "Eurovision 2016"nın qalibi, Ukrayna təmsilçisi, əslən Krım tatarı olan Cəmaləyə zəng edərək onu təbrik edib.

Qalibiyyət münasibəti ilə təbrik edən Türkiyə prezidenti onun birinci yeri tutmasının bütün türk xalqının qələbəsi olduğunu vurğulayıb.

Xatırladırıq ki, "Eurovision 2016" mahnı müsabiqəsində tatar qızı Cəmalə Krım tatarlarının sürgününə həsr olunmuş "1944" adlı mahnını səsləndirmişdi.

AzerTaym.az






Fikirlər