AZƏRBAYCAN TİBBİnin Rəşad Mahmudov FENOMENİ! - Yalnız xəstə vücudların deyil, xəstə təfəkkürlərin də ONUN MÜALİCƏSİNƏ EHTİYACI VAR!!!

Qədim Şərq müdriklərindən biri “HƏQİQƏTİN HEÇ BİR BƏZƏYƏ EHTİYACI YOXDUR!”- demişdi.Bəli, həqiqət heç bir bəzəksiz də gözə GÖZƏL görünür, qulağa XOŞ gəlir. Yalnız bir səbəbə görə - məhz HƏQİQƏT OLDUĞU ÜÇÜN!

Amma təəssüf ki, bu gün bəzilərinin yalanı min bir hiylə ilə ayaq açıb yeriməyə,həm də həqiqətin üstünə yeriməyə məcbur etdiklərini görürük. Xüsusilə qələmini çirkaba bulaşdırmaqdan çəkinməyən, hətta bundan sanki zövq alan cızmaqaraçıların canfəşanlığına şahid oluruq. Bu məyusluq yaradır. Ona görə yox ki, belə cızmaqaraçılar bəzəksiz belə gözəl görünən həqiqəti sarsıtmaq iqtidarındadırlar.Ona görə ki, belələrinin sayəsində ümumilikdə mətbuata olan inam və etibar da azalır.

 Arxa cəbhədən ön cəbhəyə atılan çamur...

 Elə görkəmli kardioloq, millət vəkili RƏŞAD MAHMUDOV haqqında son vaxtlar adını çəkib şərəfləndirməyə ehtiyac görmədiyimiz "basmaqəlib" bir-iki “media” orqanında yazılan yalan və iftiralar da bu qəbildəndir.Üstəlik, xeyli düşündürücüdür ki, həmin yalanlar cəmi bir neçə həftəyədək Rəşad həkim barədə yayılan və hər bir vicdanlı vətəndaşda böyük rəğbət yaradan xəbərlərin fonunda “istehsal olunur”.

Картинки по запросу rəşad mahmudov

Aprelin son günlərində ölkə KİV-i yazmağa başladı ki, Respublika Diaqnostika Mərkəzinin və Mərkəzi Neftçilər Xəstəxanasının invaziv kardiologiya və ürək-damar xəstəlikləri şöbəsinin mütəxəssisi, tanınmış cərrah Rəşad Mahmudov və onun rəhbərlik etdiyi nümayəndə heyəti cəbhəyanı bölgədə ürək qüsurları əməliyyatı keçirirlər. Xəbərlərdə qeyd olunurdu ki, Füzuli rayonu Böyük Bəhmənli kəndinin Tibb Mərkəzində baş tutan və 4 gün ərzində keçirilən əməliyyatlarda 1-10 yaş arası anadangəlmə ürək qüsurlu uşaqlar müalicə olunub.“UŞAQLARIN QƏLBİ QARABAĞDA DÖYÜNÜR!” şüarı altında keçirilən və bir həftə davam edən bu kampaniya yalnız fiziki sağlamlıq aktı deyildi, bundan daha da önəmli olan MƏNƏVİ SAĞLAMLIQ hadisəsi idi. Xüsusilə xalqımızın yenidən Qarabağın azadlığı uğrunda səfərbər olduğu bir vaxta Rəşad həkimin öncüllüyü ilə həyata keçirilən bu kampaniyanın anlamı, dəyəri qat-qat böyükdür.

 Картинки по запросу rəşad mahmudov

Amma qəribədir ki, əksəriyyətin yüksək qiymət verdiyi bu kampaniyanın üstündən az keçmiş biriləri Mərkəzi Neftçilər Xəstəxanasını, onun bacarıqlı, peşəkar kollektivini, eyni zamanda Rəşad həkimi hədəf alan haqsız hücum təşkil edirlər. Qoy belə bir əməlin hansı vicdana, ən əsası isə mətbuat etikasına sığdığını hörmətli oxucular özləri desinlər. Bununla belə, bir məqamı mütləq vurğulamalıyıq: qoy heç kim qüsura baxmasın, burada düşmən dəyirmanına su tökməyin yeni üsulunu görürük. Vətənimizdə müharibə küləklərinin yenidən əsməyə başladığı günlərdə, ön cəbhədə xeyirxahlıq missiyası ilə məşğul olan bir insana çamur atmaq cəhdini başqa cür dəyərləndirmək mümkün deyil!Bu cür yalan və böhtan tirajlayanların özləri isə unutmasınlar ki,HƏQİQƏT həmişə SAKİTTƏVAZÖKARDIR... Əgər bu gün həmin yalan və böhtanlara tuş gələn Rəşad Mahmudov kimi qiymətli vətən övladları belə qarayaxmalar qarşısında təmkinini qoruyur, onlara əhəmiyyətsiz yanaşırsa, bu da məhz həqiqətin həmin sakit və təvazökar gücündən qaynaqlanır.

Başqa bir qədim Şərq müdrikinin söylədiyi kimi, “Yalan zəiflərin daldalanacaq yeri və sığınacağıdır”. Bu elə bir daldalanacaq və sığınacaqdır ki, həqiqətin kiçik bir üfürüyü ilə darmadağın olmağa məhkumdur. Həqiqət isə ortadadır: son vaxtlar öz fəaliyyəti ilə həm Azərbaycan tibb elminə böyük töhvələr vermiş, onun şanını-şöhrətini daha da yüksəltmiş, həm dəAzərbaycan səhiyyəsinin peşəkarlıq göstəricilərinin bir az da artması üçün öz xidmətlərini əsirgəməmiş Rəşad Mahmudov faktı! Bu faktı kimlərsə xırda, cılız, çirkli maraqları naminə inkar etməyə çalışa bilərlər, amma şübhəsiz ki, sonda gülünc vəziyyətdə qalanlar da elə onların özləri olacaq.

Elə bir neçə gün əvvəl məlumat yayıldı ki, Azərbaycan həkimləri Mərkəzi Neftçilər Xəstəxanasının Ürək-damar cərrahiyyəsi şöbəsinin müdiri, ürək-damar cərrahı, millət vəkili Rəşad Mahmudovun təşkilatçılığı ilə daha bir aksiyaya imza atıblar. Naxçıvan Muxtar Respublikasında "Ürək-damar xəstəliklərinin bu günü və gələcəyi" mövzusunda VI regional elmi-təcrübi konfrans keçirilib. Həm də Azərbaycan Ürək və Sağlamlıq Assosiasiyası İdarə heyətinin sədri və Milli Məclisin Səhiyyə komitəsinin üzvü olan Rəşad Mahmudovun sözlərinə görə konfransın keçirilməsində məqsəd bu sahədə olan mövcud problemlərin həlli istiqamətində fikir mübadiləsi və tədqiqatların aparılmasıdır.

Gördüyümüz kimi, bir tərəfdə Azərbaycan səhiyyəsi və vətəndaşların sağlamlığı adına bu qədər gərgin əmək, fədakarlıq dayanır, digər tərəfdə isə bu əməyə, fədakarlığa hansısa fərdi maraqlar, çirkin niyyətlər hesabına qarayaxma cəhdi! İndi açıq danışaq: elə bu müqayisədən bir daha hasil olmurmu ki, Rəşad həkimin ünvanına yazılan, arxasında həqiqətin dayanmadığı, yalnız yalan və iftiradan qaynaqlanan “qara piar”ın heç bir dəyəri yoxdur, bu cür cızmaqaralar “kələklə gəldiyi kimi küləklə də gedəcəklər”.

Geriyə isə həyatını yaşadığı ölkənin insanlarının sağlam, gümrah, xöşbəxt yaşamasına həsr edən Rəşad Mahmudov kimi insanların işıqlı, xeyirxah əməlləri qalacaq!

Sonda:

Rəşad Mahmudov adlı-sanlı ürək həkimidir.

İndiyədək onun şəfalı əlləri, yüksək peşəkarlığı, dərin ağlı sayəsində nə qədər xəstə sağlamlığına qovuşub, sanki dünyaya yenidən gəlib.Fikrimizcə, Rəşad Mahmudov barəsində öz çirkli maraqları naminə qəlbini kin, nifrət ilə dolduranların da ona böyük ehtiyacı var. Qoy belə yalan, iftira sahibləri də ürəklərini Rəşad Mahmudovun peşəkarlığına, ağlına, insanpərvərliyinə, vətənsevərliyinə həvalə etsinlər. Bəlkə onda bu cızma-qaraçıların, bu yalan mirzələrinin ürəkləri kirli düşüncələrdən, bulkanıq hisslərdən təmizlənib mənəvi təmizliyə - mənəvi sağlamlığa qovuşdu.

Bir sözlə, yalnız xəstə vücudların deyil, xəstə təfəkkürlərin də onun müalicəsinə ehtiyacı var!!!

Azər ABDUL.






Fikirlər