TÜRK və RUS nazir arasında gərgin dialoq

lavrov cavusoglu

Çavuşoğlu: “Əgər isbat edə bilsəniz, vəzifəmdən istefa verəcəm.”

Rusiya xarici işlər naziri Sergey Lavrov (sol) və Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu (sağ)

Türkiyə və Rusiya xarici işlər nazirləri arasında baş tutan gərgin dialoq hər kəsin marağına səbəb olub.
Vyanada Rusiya və ABŞ-ın həmsədrləri olduğu Suriyaya Beynəlxalq Dəstək Qrupunun görüşündə Türkiyə və Rusiya xarici işlər nazirləri arasında gərginlik yaşanıb.

Ans press-in məlumatına görə, Türkiyə xarici işlər naziri Mölüd Çavuşoğlunun rusiyalı həmkarı ilə dialoqu iştirakçılar arasında marağa səbəb olub. Belə ki, 5 saat yarım davam edən toplantıda Çavuşoğlu Lavrova etiraz edərək ona şərt qoyub.

Çavuşoğlu və Lavrov arasındakı dialoq yüksək səlahiyyətli şəxslərin olduğu digər salonda quraşdırılmış böyük ekranlarda da canlı izlənilib. Çavuşoğlu Türkiyənin İŞİD terrorçu qruplaşmasına göz yumduğu iddialarına görə Lavrova sərt təpgi verib.

“Siz ciddi diplomatsınız və aramızda olan təcrübəlilərdənsiniz. Belə qeyri ciddi iddialara etimad etməməlisiniz. Cənab prezidentimiz konkret bəyan etdi və mən də təkrar edirəm. Türkiyənin İŞİD-ə kömək etdiyinə dair bir dənə də olsun dəliliniz varsa, istefa etməyə hazıram. Ancaq iddialarınızı isbat edə bilməsəniz bundan sonrakı həyatınızı Antalyada keçəriməyə dəvət edirəm”, – Çavuşoğlu deyib.

Anadalu agentliyi bildirir ki, türk nazirin bu ifadələrindən sonra Lavrov başı ilə deyilənləri təsdiqləyib.

lavrov gorusSuriyaya Beynəlxalq Dəstək Qrupunun görüşündən

Vyanada Rusiya və ABŞ-ın həmsədrləri olduğu Suriyaya Beynəlxalq Dəstək Qrupunun görüşü 5 saat yarım davam edib. Toplantıya 20 ölkə və 4 beynəlxalq təşkilatdan 24 nümayəndə qatılıb.

Görüşdən sonra ABŞ-ın dövlət katibi Con Kerri, Rusiya xarici işlər naziri Sergey Lavrov və Birləşmiş Millətlər Təşkilatının Suriya üzrə xüsusi nümayəndəsi Stefan De Mistura mətbuata birgə açıqlama veriblər.

Daha əvvəl də Rusiya prezidenti Vladimir Putin Türkiyəni İŞİD-ə köməkdə ittiham etmişdi. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan isə Putinə cavabında bəyan etmişdi ki, – “Əgər Putin iddialarını isbatlasa istefa verəcəm. Yox, isbat edə bilməsə, özü vəzifəsindən istefa verəcək.” Rusiya tərəfi hələlik ortaya heç bir dəlil çıxarmayıb.

 






Fikirlər