Azərbaycan və Türkiyə prezidentləri arasında '' QARABAĞ '' müzakirəsi - (VİDEO FOTOLAR)

Azərbaycan və Türkiyə prezidentləri arasında '' QARABAĞ '' müzakirəsi - (VİDEO FOTOLAR)

Bu gün BMT-nin İstanbulda keçirilən Humanitar Sammitində iştirak edən Azərbaycan prezidenti İlham Əliyevin türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla görüşünün bəzi təfərrüatları məlum olub.
ANS PRESS-in Türkiyə bürosunun məlumatına görə, İlham Əliyev Ukrayna dövlət başçısı ilə görüşüb, daha sonra isə Rəcəb Tayyib Ərdoğanla bağlı qapılar arxasında görüş keçirib.
"Görüşdə əsasən Dağlıq Qarabağ məsələsinin müzakirə edilib", - Azərbaycan Prezidentinin Administrasiyasının Xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov ANS PRESS-ə deyib.
Onun sözlərinə görə, ikitərəfli görüş çox gözəl və yüksək səviyyədə keçib.
****
BMT-nin İstanbulda keçirilən I Dünya Humanitar Sammitində iştirak edən Azərbaycan prezidenti İlham Əliyev Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşüb.
 
APA-nın Türkiyə müxbiri xəbər verir ki, görüşdə prezident İ. Əliyev sammitinin keçirilməsinin bəşəriyyət üçün çox faydalı olduğunu, sammitdə qəbul ediləcək qərarların icrasında Azərbaycanın yaxından iştirak edərək lazımi dəstəyi verəcəyini deyib.
 
Öz növbəsində, R. T. Ərdoğan Azərbaycanın beynəlxalq təşkilatlar çərçivəsində öhdəliklərinə daim əməl etdiyinə görə prezident İ. Əliyevə təşəkkür edib.
 
Görüşdə Azərbaycan-Türkiyə münasibətləri, Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına dair fikir mübadiləsi də aparılıb.








Fikirlər