Azərbaycan əsgəri erməni generalın - Bığlarını yandırdı +VİDEO

Azərbaycan əsgəri erməni generalın - Bığlarını yandırdı +VİDEO

Ordumuzun odsaçan silahı erməni generalın bığlarını YANDIRIB 

 Ermənistanın silahlı qüvvələrinin Baş Qərargah rəisinin müavini, general Movses Akopyan aprel döyüşlərindən sonra üzə çıxıb. 
  "Dördgünlük müharibə" zamanı erməni general ağır yaralanmışdı. Uzun müddət Ağdərə hospitalında müalicə alan general daha sonra Xankəndi mərkəzi xəstəxanasına aparılmışdı.
 Ermənistan mətbuatına gic-gic açıqlamalar verən generalın son vəziyyəti onun səhhəti ilə bağlı hər şeyi aydınlaşdırır. Yersiz və qorxaq açıqlamalar verən düşmən generalı nədənsə bu vəziyyətə düşməyinin, xeyli arıqlamagının, xüsusən də Azərbaycan ordusu tərəfindən bığlarının ütülməsinin səbəbini utandığından erməni mətbuatına açqlamaqdan çəkinir. Əgər inanmırsınızsa, buyurub fotolarına baxa bilərsiniz:
 
Erməni general "dördgünlük müharibə"dən sonra  bu günə düşdü 
Görünür döyüşlər zamanı Azərbaycan ordusunun TOS-1A "Solntsepyok” ağır odsaçanla hərbi obyektləri vurması zamanı Akopyannın bığları ütülüb.   
 Xatırladaq ki, Azərbaycan ordusu aprelin 4-də Qarabağda gedən hərbi əməliyyatlar zamanı erməni qüvvələrinin işğal altındakı Cəbrayıl rayonunda yerləşən qərargahına TOS-1A "Solntsepyok” ağır odsaçan sistemindən iki dəqiq raket zərbəsi endirib. Həmin vaxt qərargahda erməni ordusunun bir neçə generalı və polkovnikləri, digər yüksək rütbəli zabitləri olub. Onların arasında "DQR”in keçmiş "müdafiə naziri”, Ermənistanın silahlı qüvvələrinin Baş qərargah rəisinin müavini, general Movses Akopyan və Qarabağdakı erməni qüvvələrinin korpus komandiri, general Seyran Saroyan da yer alırdı.
Qarabağlı hərbçilər erməni generala silah cəkib - Söyüşdən sonra silah
Aprel əməliyyatından sonra erməni hərbçilərinin bir-birinə zidd bəyənatları erməni və dünya ictimaiyyəti içərisində özlərini gülünc vəziyyətə salıb. İş hətta o yerə çatıb ki, Qarabagda quldur rejim yaratmış ermıni hərbçilərlə  İrəvan erməniləri arasında atışma səsləri də eşidilir. Belə ki,Ermənistan parlamentinin deputatı, "Yerkrapa” yarımhərbi könüllülər təşkilatının rəhbəri, general Manvel Qriqoryanın qondarma "DQR”in keçmiş "müdafiə naziri” Samvel Babayanın Qarabağa qayıdıb hakimiyyəti ələ almaq planlarına münasibət bildirib.
General Manvel jurnalistlərin bu barədə sualına cavab olaraq deyib ki, Samvel Babayan adında adam tanımır. "Mən 55 gün Qarabağda oldum, Samvel Babayan adında adam eşitmədim. O kimdir elə?”-Manvel Qriqoryan ironiya ilə bildirib.
General Manvelin də bığlarını Azərbaycan ordusu ütəcək 
Xəbər verildiyi kimi murdar əməlləri ilə ad çıxarmış general Samvel Babayan bu günlərdə Moskvadan İrəvana dönüb. Mətbuata ilk müsahibəsində erməni ordusunun indiki vəziyyətinə görə hakimiyyəti tənqid edib və tezliklə Qarabağa yollanacağını bildirib. "Çünki bütün missiyam Qarabağla əlaqəlidir”-o deyib. Mətbuat yazır ki, general "Samo” radikal mövqedən çıxış edən keçmiş səhra komandirlərini başına yığıb Qarabağda hakimiyyəti yenidən ələ alacaq.
General Manvelin isə qarabağlı səhra komandirləri ilə münasibətləri gərgindir. Aprel döyüşləri zamanı Manvel Qriqoryan korteji ilə birlikdə Hadrut rayonuna gedəndə qarşısına çıxan qarabağlı hərbçiləri söyüb və tərəflər bir-birinə silah çəkiblər. Baş vermiş atışmada tərəflər arasında ölən və yaralananlar barəsində məlumat erməni mətbuatından gizlədilib. 
Miq.az xəbər verir ki, İstər yerli, istərsə də dünya mətbuatında Sarkisyan hakimiyyətinin sonunun yaxınlaşdığı barədə anonslar verilir. Ermənistan ordusunda başıpozuq generalların isə artıq bir-birilə söyüşdən silaha keçməsi erməni ictimaiyyəti, xüsusən də düşmən ordusunun aşağı rütbəli zabitləri və əsgər kontingenti arasında şok effekti yaradacaq qədər ruh düşkünlüyü yaradıb.






Fikirlər