“Erməni soyqırımı”nı tanıyan ölkələr – SİYAHI

ermeni soyqirim

Almaniya parlamenti bu gün tarixdə heç vaxt baş verməyən “erməni soyqırımı”na dair qətnamə layihəsi qəbul etdi. Bununla da ermənilərin saxta iddialarına inana ölkələrin sayı artdı.

Ermənilər uzun illərdi tarixdə heç zaman olmayan uydurma “soyqırımı”nı dünyanın gündəliyinə gətirirək, ondan siyasi məqsədlər üçün istifadə edirlər. İndiyədək bir sıra ölkələrin parlamentlərində deputatlar əl qaldırıb-endirməklə sözdə “soyqırımı”nın guya, 1915-ci ildə törədildiyi barədə sənədlər qəbul ediblər.

Erməni lobbisi və diasporunun məkrli siyasətinə uyan bir çox ölkələrin parlamentləri “erməni soyqırımı” ilə bağı müxtəlif sənədlər qəbul edib, bu əsassız iddiaları tanıyıblar.
15 aprel 2015-ci il tarixində Avropa Parlamenti də belə bir xain qərar qəbul etmişdi.

Qondarma “erməni soyqırımı”nı tanıyan ölkələrin siyahısını təqdim edirik. Bu üzdəniraq iddianı dəstəkləyən ölkələrin sayı 20-ni keçib…

İsveç parlamenti – 12 mart 2010-cu ildəki səsvermə ilə 1915-ci hadisələrini “soyqırımı” olaraq tanıyıb.

Uruquay – 1965, 2004, 2005-ci illər olmaq üzrə üç dəfə “erməni soyqırımı” iddialarını qəbul edib.

Yunan Kipri - 1982-ci ildə “soyqırımı” iddialarını qəbul edib.

Amerika Birləşmiş Ştatları – ABŞ-ın 40-dan çox ştatında “erməni soyqırımı”nın olduğu qəbul edilib. Əsasız “soyqırımı” tanıyan ştatlar: Alyaska, Arizona, Arkansas, Kaliforniya, Kolorado, Kentukki, Konnektikut, Delaver, Florida, Corciya, Cənub Karolina, Aydaho, İllinoys, Kanzas, Şimal Dakota, Şimal Karolina, Luiziana, Men, Merilend, Massaçusetts, Miçiqan, Minnesota, Missuri, Montana, Nebraska, Nevada, Nyu Hempşir, Nyu Cersi, Nyu Mexiko, Nyu York, Ohayo, Oklahoma, Oreqon, Pensilvanya, Rod Aylend, Tennessi, Yuta, Vaşinqton, Vermont, Virciniya, Viskonsin…

Argentina – “erməni soyqırımı”nı tanıma qanunu 1985-ci ildə qəbul edilib.

Rusiya – əvvəl 1995-ci ilə, sonra da 2005-ci ildə “soyqırımı”na d air sənəd qəbul edib.

Kanada – 1996, 2000 və 2004-cü illərdı qondarma sənəd gündəmə çıxarılıb və hər üçündə də qəbul edilib.

Yunanıstan – 1996-cı ildə “soyqırımı” tanıyıb.

Livan – Livanda yaşayan erməni lobbisinin gərgin səyləri nəticəsində 1997-ci ildə və 2000-ci ildə “soyqırımı” tanınıb.

Belçika – 1998-ci ildə qondarma erməni soyqırımını tanıyıb.

İtaliya – 2000-ci ildə ermənilərin “soyqırımı”na uğradığını qəbul edib.

Vatikan – İtaliya ilə eyni ildə, 2000-ci ildə əsassız iddianı tanıyıb.

Fransa – 1998-ci ildə “erməni soyqırımı”nı tanıyıb. Fransada sözdə “erməni soyqırımı”nı rədd etmək cinayət sayılır.

İsveçrə – “Soyqırımı” iddialarını 2003-cü ildə qəbul edib.

Slovakiya – 2004-cü ildə “erməni soyqırımı”nı tanıyıb.

Hollandiya – 2004-cü ildə erməni iddialarını qəbul edib.

Polşa – 2005-ci ildə qəbul edib.

Almaniya – 2005-ci ildə qəbul edin.

Venesuela – 2005-ci ildə qəbul edib.

Litva – 2005-ci ildə qəbul edib.

Çili – 2007-ci ildə qəbul edib.

Birləşmiş Krallığa daxil olan Uels, Şotlandiya və Şimal İrlandiya – 1915-ci il hadisələrini “soyqırımı” olaraq qəbul ediblər.

Almaniya – 2016-cı il iyunun 2-də saxta iddianı “soyqırımı olaraq tanıyıb.

Modern.az






Fikirlər