Liviyanın keçmiş lideri Müəmmər Qəzzafinin 10 MİLYON dollarlıq xəncəri İstanbulda tapıldı xəncəri İstanbulda tapıldı

Liviyanın keçmiş lideri Müəmmər Qəzzafinin 10 milyon dollarlıq xəncəri İstanbulda tapıldı

Liviyanın keçmiş lideri Müəmmər Qəzzafinin sarayından yağmalanan, fil dişindən düzəldilən, qızıl, zümrüd, brilyant, sapfir və yaqutla bəzədilmiş xəncər İstanbulda ələ keçirlib.

Musavat.com Türkiyə mediasına istinadən bildirir ki, xəncəri 10 milyon dollara satmağa çalışan iş adamı və daha iki köməkçisi İstanbul polisinin qaçaqmalçılıqla mübarizə idarəsinin əməkdaşları tərəfindən həbs edilib.
Həb edilənlər zinətlə bəzədilən silahı  Səudiyyə Ərəbistanından olan iş adamlarına satmaq istəyirmişlər.
Tutulan iş adamı xəncəri Liviya müxalifətçilərinin birindən 4,6 milyon dollara aldığını söyləyib.
İstanbul Zərgərlər palatası da xəncərin həqiqiliyni təsdiq edib və onun qiymətinin ən azı 2 milyon dollar olduğunu bildirib.

AzerTaym.az






Fikirlər