Millət vəkilindən sensasion açıqlama - Üçüncü DÜNYA müharibəsi olacaq...

Hillari Klinton ABŞ prezidenti seçiləcəyi təqdirdə üçüncü dünya müharibəsi olacaq.

 Bunu Moderator.az-a açıqlamasında millət vəkili Araz Əlizadə deyib.
Onun sözlərinə görə, hillari Klinton ambisiyalı adam olduğundan, prezident seçiləcəyi təqdirdə üçüncü  dünya müharibəsi qaçılmazdır və bu mütləq baş verəcək.
Millət vəkili əlavə edib ki, Böyük Britaniyanın Avropa Birliyindən çıxması və bu məkanda böhranın  baş verməsinin əsas günahkarı məhz ABŞ-dır: 
“Nə qədər ki, ABŞ Avropa Birliyində dominant rolunu oynamırdı, bu məkanda  proseslər çox uğurla inkişaf edirdi. Almaniya, Fransa, Böyük Britaniya sözlərinin sahibi idilər. Nə zaman ki, Britaniyanın baş naziri Toni Bleyr başladı ABŞ-a ləbbeyk etməyə, ondan sonra Avropa Birliyində proseslər mənfi məcraya getməyə başladı. Onun ardınca digər Aİ ölkələri da başladılar ABŞ-a ləbbeyk deməyə. Bununla da Avropa Birliyinin müstəqilliyi itdi. Hətta vəziyyət o yerə çatıb ki, ABŞ-ın ştatlarının müstəqilliyi AB-nin müstəqillyindən daha çoxdur. Bax son nəticə də ortada.”
A.Əlizadə digər bir məqamı xatrladaraq bildirdi ki, bir-birinə zidd baxışların bir araya gətirilməsi düzgün deyildi: 
“Avroa Birlyi yaradılandan 5 il sonra avropalı ekspertlər özləri bunun yanlış bir addım olduğunu dilə gətirdilər. Avropalı ekspertlər hələ o zaman deyiblər ki, biz  bir-birinə qarışmayan məhlulu bir qaba töküb qarışdırmaq istədik. Amma bu böyük bir xəta oldu. Nəticəsi yaxşı olmayacaq”.
Millət vəkili Britaniyanın Aİ-dən çıxmasını vaxtı ilə  SSRİ-nin dağılması ilə müqayisə etdi: 
“SSRİ ona görə dağıldı ki, birincisi rəhbər satqın oldu. İkincisi, SSRİ-də millətçiliyi inkişaf etdirməklə dağıtdılar. Hələ Lenin zamanında öz  “Böyük rus şovinizmi” əsərində deyirdi ki, dövləti təşkil edən xalq öz hüquqlarını gözə soxmadan digərlərini incitməməlidir. Baxın, bu proseslər Aİ məkanında da baş verdi. Almaniya  özünü hegemon aparmaqla ona - buna pul verdi. Nəticədə Yunanıstanı, İspaniyanı, Portuqaliyanı və digər ölkələrin iqtisadiyyatını məhv etdilər”.
Avropa Birliyinin parçalanmasını istisna etməyən A.Əlizadə deyib ki, varlı Avropa ölkələri parçalanmanın tərəfdarıdır. 
“Ancaq kasıb Avropa ölkələri bu qrumdan möhkəm yapışıblar, dağılmasına qarşı çıxırlar”, - o vurğulayıb.
Millət vəkili hesab edir ki, Avropa Birliyi yalnız bir halda özünü xilas edə bilər: 
“Haçan ki, Avropa Birliyi öz strukturunda ciddi islahatlara gedəcək. Brüsselin indiki ambisioz iddialarından geri duracaq, o zaman dağılmanın qarşısını almaq mümkün olar”






Fikirlər