13.03.2014. - Müdafiə Nazirliyi zirehli texnikanı döyüşə hazır vəziyyətə gətirdi

13.03.2014. -  Müdafiə Nazirliyi zirehli texnikanı döyüşə hazır vəziyyətə gətirdiMüdafiə Nazirliyindən Azərbaycanın zirehli texnikalarının döyüşə hazırlıq vəziyyətinə gətirilməsi ilə bağlı açıqlama verilib.

AzerTaym.az bildirir ki, Müdafiə Nazirliyi mətbuat xidmətinin rəhbəri Vaqif Dərgahlı ANS-ə açıqlamasında Silahlı Qüvvələrimizin döyüşə hazırlığının daim artırılması və eləcə də maddi-texniki bazasının yaxşılaşdırılması istiqamətində atılan addımların planlı şəkildə, mütəmadi olaraq həyata keçirildiyini qeyd edib.

Onun sözlərinə görə, zirehli texnikaların döyüşə hazırlıq vəziyyətlərinin yaxşılaşdırılması Müdafiə Nazirliyinin rəhbərliyinin daim diqqətindədir:

Silahlı Qüvvələrimizin döyüşə hazırlığının daim artırılması və eləcə də maddi-texniki bazasının yaxşılaşdırılması istiqamətində atılan addımlar planlı şəkildə, mütəmadi olaraq həyata keçirilir.

Bu istiqamətdə görülən işlər Müdafiə Nazirliyinin rəhbərliyinin daim diqqətindədir və uğurla davam edir
.






Fikirlər