Heydər Babayevin əlindən alınan BANKA YENİ RƏHBƏR təyin olundu

“Bank Standard”-a yeni rəhbər təyin olunub.

 Maliyyə Bazarlarına Nəzarət Palatasından  (MBNP) Moderator.az -a verilən məlumata görə,  12 iyul 2016-cı iltarixində “Bank Standard” KB-nın müvəqqəti inzibatçısı tərəfindən Xalid Əhədov banka Baş Direktor təyin olunub. 
Məlum olduğu kimi ”Bank Standard” KB-da yaranmış maliyyə problemlərin tənzimlənməsi məqsədilə Maliyyə Bazarlarına Nəzarət Palatası (MBNP) tərəfindən mayın 3-dən etibarən banka 3 ay müddətinə müvəqqəti inzibatçı təyin edilib, kritik likvidlik çatışmazlığı ilə əlaqədar sosial xarakterli ödənişlər istisna olmaqla bankın digər öhdəliklərinin ödənişinə 4 iyul 2016-cı il tarixinədək moratorium tətbiq olunub. 
Bankın əhəmiyyətini nəzərə alaraq, 4 iyul 2016-cı ildə onun səhmlərinin nəzarət zərfi dövlətə məxsus olan “Azər-Türk Bank” ASC vasıtəsilə sanasiya edilməsi haqqında qərar qəbul olunub.
Sanasiya proqramı çərçivəsində, X.Əhədov bankın İdarə Heyətinin Sədri səlahiyyətlərini icra edərək, 3 avqust 2016-cı il tarixinədək “Bank Standard” KB-nın idarəetmə orqanlarını formalaşdıracaq və həmin tarixdən bank fəaliyyətini biznes strategiyasına uyğun qaydada tam həcmdə bərpa edəcək.
Artıq Xalid Əhədov “Bank Standard”-ın kollektivinə təqdim edilmişdir. 
X.Əhədov 2002-ci ildən bank sektorunda fəaliyyətə başlamış, “Bank of Baku” və “Unibank”-da rəhbər vəzifələrdə çalışıb. 






Fikirlər