Almanlardan ANTİ-türk qərar: PKK tərəfdarı dövlət kanalının rəhbərliyində

PKK-çı olduğu deyilən Əli Ertan Toprak Almaniyanın ZDF dövlət kanalının İdarə Heyətinə seçilib.

 AzerTaym.az Publika.az-a istinadən xəbər verir ki, hadisə Almaniyadakı türk cəmiyyəti tərəfindən sərt qarşılanıb.

 İçərisində türk dərnəklərinin olmadığı Miqrant Təşkilatların Almaniya İş Birliyinə rəhbərlik edən Əli Ertan Toprakın ZDF İdarə Heyətinə seçilməsinə qarşı Berlin Türk Camaatı imzatoplama kampaniyasına başlayıb. Qurumun rəhbəri Bəkir Yılmaz Toprakı PKK-yə yaxın olmaqda ittiham edib və onun ZDF İdarə Heyətinə üzvlükdən kənarlaşdırılmasını istəyib.






Fikirlər