"ATƏT-in Dağlıq Qarabağ münaqişəsinin real həllinə təsir imkanı sıfıra bərabərdir" — POLİTOLOQ

"ATƏT-in Dağlıq Qarabağ münaqişəsinin real həllinə təsir imkanı sıfıra bərabərdir" — Politoloq

Son günlər Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində hərəkətli günlər keçir.

Avstriyanın xarici işlər naziri Sebastian Kurz ölkəsinin 2017-ci ildə quruma sədrliyi dövründəki prioritetləri barədə danışarkən bildirib ki, Dağlıq Qarabağ münaqişəsi əsas prioritetlərdən biri olacaq.

Bununla bağlı politoloq Zərdüşt Əlizadə Ölkə.Az-a danışıb:

"Dağlıq Qarabağ münaqişəsinə bir obyekt kimi yanaşanda görərik ki, o obyektin tərkib hissələri var, ona təsir imkanları olan qüvvələr var. Onların arasında ATƏT ən sonuncu yerdədir. ATƏT elə bir beynəlxalq təşkilatdır ki, o nizamnaməyə malik təşkilat hər hansısa bir ciddi məsələnin, ciddi həllinə təsir edə bilmir.

Mənəvi cəhətdən ATƏT nə isə deyə bilər, ancaq bizim münaqişədə mənəviyyat tamam kənara atılıb. Mənəviyyat o zaman olardı ki, hansısa bir dövlət, beynəlxalq təşkilat Dağlıq Qarabağ məsələsinə görə gerçək bir addım atardı. 25 ildir Ermənistan Azərbaycanın torpaqlarını işğal edib və ancaq heç bir əməli addım atılmayıb. Buna görə də, mənəviyyatı kənara atmaq lazımdır. Mənəviyyat kənara atılıbsa, ATƏT-də kənara atılıb. ATƏT-in Dağlıq Qarabağ münaqişəsinin real həllinə təsiri sıfıra bərabərdir.

ATƏT çərçivəsində heç nə həll edilmir. ATƏT-in Minsk qrupu ona görə sayılır ki, onun üzvü olan ölkələr həm BMT-nin Təhlükəsizlik Şurasının üzvləridirlər, həm də onların nüvə silahı var. Fransa, ABŞ, Rusiya ona görə sayılmırlar ki, onlar ATƏT-in Minsk qrupunun üzvləridir. Onlar ona görə sayılırlar ki, 3 dövlətin hər biri böyük və güclüdürlər. ATƏT-in yeni sədri söz xətrinə danışır. ATƏT-in münaqişənin həllində təsiri sıfıra bərabərdir".






Fikirlər