“161 ŞƏHİD, 1440 YARALI...” - Binəli Yıldırım canlı yayımda açıqladı

““161 şəhid, 1440 yaralı...” - Binəli Yıldırım canlı yayımda açıqladı

Hazırda Türkiyənin Baş naziri Binəli Yıldırım canlı yayımla çıxış edir.

Qafqazinfo” xəbər verir ki, Baş nazirin çıxışını TRT Haber canlı yayımlayır. Yıldırım çevriliş zamanı həlak olanların ailələrinə baş sağlığı verib.

O bildirib ki, paralel təşkilat nümayəndələri artıq hökumətin əlindədir və onlar layiq olduğu cəzanı alacaqlar. Nazir onu da qeyd edib ki, dövlətin silahı ilə xalqa hücum edənlər PKK terror təşkilatından da aşağı səviyyədədir.

B. Yıldırım həmçinin 2839 müxtəlif rütbəli hərbçinin həbs olunduğunu əlavə edib.

Yıldırım xalqa səslənməyi də unutmayıb. O, vətəndaşlara müraciət edərək onları bayraqlarla meydana dəvət edib.

***

Baş nazir 161 şəhidin olduğunu,1440 nəfərin yaralandığını qeyd edib.






Fikirlər