Prezident tapşırıq verdi — ƏSGƏRLƏR ÜÇÜN kondisioner quraşdırıldı

Prezident tapşırıq verdi — Əsgərlər üçün kondisioner quraşdırıldı

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin tapşırığına əsasən isti yay günlərində şəxsi heyətin, xüsusilə də gənc əsgərlərin sağlamlığının qorunması, rahatlığı və normal istirahət şəraitinin təmin olunması məqsədilə hərbi hissələr sərinləşdirici avadanlıqlar və vasitələrlə təchiz edilir.

 
Görülən tədbirlər nəticəsində əsgər yataqxanaları, yeməkxanalar, digər inzibati binalar və poliqonlardakı sinif otaqlarında müasir tipli kondisionerlər quraşdırılıb. Eyni zamanda şəxsi heyətin günəş şüalarından daldalanması üçün hərbi hissələrin ərazisində müvəqqəti kölgəliklər və su duşları quraşdırılıb, hərbi qulluqçular qablaşdırılmış içməli su ilə daim təmin olunurlar.
 

 






Fikirlər