Bağırov vəhşiliklərini gizlətmək istəyən ermənilərə necə mane oldu? -MARAQLI

20 il Azərbaycana rəhbərlik etmiş Mir Cəfər Bağırov 1953-cü ildə həbs ediləndən sonra uzunmüddətli dindirilmələr aparıldı, məhkəmə iclasları keçirildi. Həmin proseslərin stenoqramında xeyli maraqlı detallar gizlənib.

Moderator.az o detallardan birini təqdim edir:
Rudenko - Müttəhim Bağırov, 1947-ci ildə Nizami təntənələrinə gələn Şaginyan Mariettanı siz qəbul etməyib, hələ üstəlik təhqir etmişdiniz, nə üçün?
Bağırov - Əsərlərində Qarabağ və Naxçıvan torpaqlarına göz dikdiyi üçün. Mənimlə görüşmək istəyirdi, rədd etdim. Dedim ki, nə qədər istəyir verin, yeyib-içsin və çıxıb getsin.
Rudenko - Müttəhim Bağırov, siz marşal Baqramyanı təhqir edib hədələmisiniz.
Bağırov - Özünü yox, qardaşı Baqramovu... Kür-Araz inşaat idarəsinin rəisini. Qudurmuşdu. Özünü elə aparırdı ki, guya qardaşı yox, özü marşaldır. Respublika ona tabedir.
Rudenko - Böyük Sovet Ensiklopediyasının baş redaktoru Suren Şaumyanı nə üstə təhqir etmisən?
Bağırov - Bakıdan qovmuşam. Bir dəstə adamla gəlib arxivlərimizi ələk-vələk etmək istəyirdi. Daha doğrusu, kommunist pərdəsi altında daşnakların törətdiyi cinayətləri, müsəlmanların izini yer üzündən silmək, banklardan və evlərdən talan edib oğurladıqları sərvətlərə aid sənədləri aradan qaldırmaq istəyirdi. Mən də əmr etdim ki, 24 saat ərzində Bakını öz dəstəsi ilə tərk etsin.
Tarixçi alim Zaur Əliyevin sözlərinə görə, Mir Cəfər Bağırovun respublikaya rəhbərliyi dövründə ermənilərin Azərbaycan arxivlərindən çıxara bilmədikləri həmin sənədləri 1965-ci ildə Mikoyan Bakıda dörd çamadana doldurub qatarla Moskvaya apardı.

 






Fikirlər