Rusiya - ABŞ prezidentlıiyi uğrunda mübarizədə ''NİFAQ alması''

Rusiya - ABŞ prezidentlıiyi uğrunda mübarizədə ''nifaq alması''

Hillari Klintonun Demokrat partiyasından prezidentliyə namizədliyinin irəli sürülməsi Rusiya mövzusunu seçki qabağı yarışın əsas prioritetlərindən birinə çevirib.

Musavat.com-un “Kommersant” qəzetinə istinadən verdiyi xəbərə görə, SSRİ dağıldıqdan sonra ilk dəfə Moskva ilə münasibətlər siyasi mübarizənin və debatların əsas mövzusu hesab edilir.
 Məsələyə prezident səviyyəsində müdaxilə edilməsi bunun əsas göstəricisidir.
Qeyd edək ki, ABŞ prezidenti Barak Obama Demokrat partiyasının Filadelfiyada keçirilən qurultayında çıxış edərkən Donald Trampın Rusiya ilə bağlı fikirlərini tənqid edərək, onun ABŞ-ın qlobal liderliyini təmin etmək qabiliyyətinə olmadığını iddia edib. 
Mətbuatın fikrincə, məhz Rusiya ilə münasibətlər məsələsi Ağ Ev uğrunda mübarizənin taleyini həll edə bilər.
Rusiya mövzusu Barak Obamanı bir həftə ərzində iki dəfə danışmağa məcbur edib.
Cənab Obama Filadelfiyadakı çıxışında məsələ ilə əlaqədar Donald Trampa olduqca alçaldıcı qiymət verib.
“Tramp Amerikanı zəif hesab edir. O, yəqin ki, Baltikadan Birmaya qədər milyardlarla kişi,qadın və uşağın ABŞ-ın onlar üçün azadlıq, ləyaqət və insan haqları gətirəcəyi barədə ümidlərini eşitmir. O Putinlə oynayır, Səddama heyran qalır və 11 sentyabrdan sonra bizimlə birlikdə müttəfiqlərimizə isə deyir ki, onlar buna görə pul ödəməlidirlər”  - bu sözlərlə Barak Obama Trampa yüklənib.
Bundan cəmi bir gün sonra Ağ Evin rəhbəri NBC kanalına verdiyi müsahibədə Rusiya ilə münasibətlər barəsində danışıb. O bu müsahibəsində Demokrat partiyasının konfidensial yazışmalarının sızmasında “Moskvanın əli”nin olmasını istisna etməyib.
Obamanın jurnalisitn bununla əlaqədar verdiyi suala “Hər şey mümkündür “ cavabını verməsi onun bu məsələdə mövqeyini ortaya qoyub.
Xatırladaq ki, demokratların Filadelfiya qurultayı öncəsi, partiyanın rəhbər orqanı sayılan, milli komitəyə məxsus 19 min məktub WikiLeaks saytında yerləşdirilib. Həmin məktublarda milli komitə rəhbərliyinin Hillari Klintona açıq-aşkar dəstək verdiyi ortaya çıxıb.
MƏlum olduğu kimi, bu skandal ABŞ Demokrat partiyasının milli komitəsinin sədri Debi Vasserman Şultzun öz postunu itirməsinə gətirib çıxarıb.
Rusiya tərəfinin skandal sızmalarda əli olduğunu rədd etməsinə rəğmən Barak Obama öz dediyini inkar etməyə tələsmir: “Mən bilirəm ki ekspertlər bunu rusların ayağına yazırlar. Bizə məlumdur ki, ruslar təkcə hökumətin deyil, xüsusi şirkətlərin də sistemlərini qırırılar”.
Barak Obama informasiya sızmaları ilə bağlı birbaşa nəsə söyləməyin çətin olduğunu bildirsə dəƏ bunun Trampa kömək məqsədilə edildiyinə işarə vurub: “Mən Trampın Putinə necə heyran olduğunu bilirəm. O da məlumdur ki, Donald Trampın fəaliyyəti Rusiyada necə müsbət işıqlandırılır”. 
Obama bu sözlərlə Trampı Rusiyayönümlü siyasətçi kimi təqdim etməyə cəhd edib.
Tramp isə öz növbəsində Obamanın bu dedikləri qarşısında özünü nəinki müdafiə edib, hətta Floridada təşkil etdiyi mətbuat konfransında sərf etdiyi sözlərlə situasiyanı daha da gərginləşdirib.
Rusiya eşidirsən, ümid edirəm ki, sən qeyb olan 33 min məktubu da tapacaqsan?” - o mətbuat konfransında bəyan edərək, Rusiyanı Hillari Klintonun dövlət katibi postunu tutduğu zaman etdiyi yazışmaları da ortaya çıxarmağa çağırıb.
Xatırladaq ki bu mətbuat konfransında Donald Tramp prezident seçilməsi halında Krımı Rusiyanın tərkib hissəsi olaraq tanıyacağına işarə vurub. 
Tramp Putinlə bağlı münasibətlərdə yaranan problemi özünəməxsus tərzdə şərh edib.
Onun fikrincə, problem ondan ibarətdir ki, Putin Obamaya sadəcə hörmət etmir. “Əgər məni seçsələr, güman edirəm, onun xoşuna gələcəm”  - o bildirib.
Bundan başqa, o, prezident olarsa İŞİD-lə mübarizə aparmaq üçün Rusiya ilə münasibətləri düzəldəcəyini söyləyib.

 






Fikirlər