Türkiyə siyasətinin dünyaya gözdağı olacaq ŞOK TABLOSU...

Türkiyədə baş tutan mitinq əsas müxalifət partiyaları ilə iqtidar partiyasını bir araya gətirib. Müxalifət liderlərinin səhnədə çıxış etməkdən imtina etmələrinə rəğmən liderlərin şirin-şirin söhbəti diqqəti cəlb edib.

Prezident Rəcəb Tayyib Ərdoğan, TBMM sədri İsmayıl Qəhrəman, AĞ Partiya sədri və Baş nazir Binali Yıldırım, CHP sədri Kamal Kılıçdaroğlu və MHP sədri Dövlət Baxçalının söhbət edərkən çəkilən fotoşəkili türk mətbuatında çox danışılan mövzulardan biri olub. 

Mitinqdən əvvəl protokol üçün hazırlanan düşərgədə çəkilən bu fotoşəkildə liderlər bir araya gəlib. Əvvəlcə, prezident Ərdoğan liderlərin əhvalları ilə maraqlanıb və mitinqə gəldiklərinə görə təşəkkür edib. Ərdoğan mitinqdəki sıxlığa diqqət çəkib. Prezidentdən sonra danışan CHP lideri Kılıçdaroğlu, kütləvi  əhalinin bu cür yanaşmasına görə məmnun olduğunu deyib. 
Kılıçdaroğlu mitinq sahəsinə necə gəldiyini izah edərkən, "Biz belə mitinq sahəsinə girərkən çətinliklər yaşadıq" deyib. CHP lideri Ankaradan İstanbula necə gəldiyini və tıxacdan danışıb.
Ərdoğan CHP liderindən sonra MHP lideri Baxçalıdan necə gəldiyini soruşub. Baxçalı da, özünün avtomobili ilə Ankaradan İstanbula gəldiyini və avtomobillə də təkrar Ankaraya dönəcəyini söyləyib.
 






Fikirlər