Polis Kılıçdaroğlunu nəzarətə götürdü

Türkiyə polisi CHP lideri Kamal Kılıçdaroğlunun təhlükəsizliyini nəzarətə götürüb.

AzerTaym.az İnterpress.az-a istinadən xəbər verir ki, FETÖ-nun iyulun 15-də təşkil etdiyi hərbi çevrilişə cəhddən sonra yeni iğtişaşlar törətmək ehtimalını nəzərə alan polis Kılıçdaroğlunun mühafizəçilərinin sayını artırıb.

 

Bundan sonra CHP liderini 13 yox, 21 nəfər mühafizə edəcək. Həmçinin CHP İstanbul millət vəkili Gursel Təkinə də mühafizəçi ayrılıb.






Fikirlər