“Türkiyə BU ADDIMI atarsa, Azərbaycanla müttəfiqliyini pozmuş olar”

Aydın Mirzəzadə: “Bu, Qarabağ probeminin həllinə heç bir halda kömək etməz”

Son vaxtlar Türkiyə-Ermənistan sərhədlərinin açılmasının sadəcə bu dövlətlərin deyil, eləcə də Azərbaycanın maraqlarına cavab verməsi ilə bağlı fikirlər səslənməkdədir. Bu düşüncə sahibləri hesab edir ki, sərhədlərin açılması türk faktorunun Ermənistanda yayılmasına səbəb olar ki, bu da öz növbəsində Qarabağ probleminin həllinə təkan verə bilər.

Məsələ ilə bağlı Moderator.az-a açıqlama verən millət vəkili Aydın Mirzəzadə bu qənaəti bölüşmədiyini vurğuladı:

“Azərbaycan torpaqları işğalda olduğu halda Türkiyə-Ermənistan sərhəddinin açılması birincisi, Türkiyənin Azərbaycanla müttəfiqliyini pozması demək olar. Ikincisi, bu, Qarabağ probeminin həllinə heç bir halda kömək etməz. Ermənistan bununla yaşamaq üçün yeni bir nəsəflik əldə edər, həmçinin poblemin həllini sonraya saxlayar.

Türkiyənin Azərbaycann ərazi bütövlüyünü qoruması üçün Ermənistanla sərhəddi bağlaması onun Azərbaycanla dostluq münasibətlərinə çox böyük hörmətlə yanaşdığını göstərir. Dəfələrlə Türkiyə tərəfi Qarabağ problemi həll olunmayana qədər sərhədləri açmayacağını bildirib. Bu başqa məsələdir ki, problem həll ediləndən sonra sərhədlər açılacaq. Lakin öncə Qarabağ probleminin həll edilməsi gərəkir”.






Fikirlər