“RAMİL USUBOV Türkiyәdən yeni dosyesi ilә dönә bilәr”

Deputat Ramil Usubovun Ankara sәfәri ilə bağlı sensasion bilgilər verdi 

Deputat nazirin Ankara sәfәri ilə bağlı sensasion bilgilər verdi; Zahid Oruc: “Bu sәfәr Azәrbaycanın tәhlükәsizliyi üçün çox әhәmiyyәtlidir” 

 

Azərbaycanın daxili işlər naziri, general-polkovnik Ramil Usubov iki gün öncə Ankaraya səfər edib. O,  türkiyəli həmkarı əfqan Ala ilə görüşüb. Bu görüşdə  R.Usubov bildirib ki, FETÖ ilə mübarizədə  Azərbaycan Türkiyənin yanındadır. Ramil Usubov  birgə mətbuat konfransında bəyan edib ki, FETÖ-nün Azərbaycanda təşkilatlanmasına qarşı bundan sonra da lazımi addımlar atılacaq. Bunun qarşılığında  əfqan Ala deyib ki, Türkiyə ilə Azərbaycan qarşıdakı dövrdə də məlumat və kəşfiyyat bilgilərinin mübadiləsi,  görüləcək tədbirlər məsələsində tam iş, fikir birliyində  olacaq. 
İkinci maraqlı hadisə odur ki, azərbaycanlı nazirlə  görüşdən bir neçə saat sonra əfqan Alanın istefa  verdiyi barədə baş nazir Binəli Yıldırım açıqlama  yaydı və dərhal da Türkiyənin yeni daxili işlər naziri  təyin edildi.  
R.Usubovun Türkiyə səfərini,  orada verilən açıqlamaları, gözləntiləri deputat Zahid  Oruc “Yeni Müsavat”a şərh edib. Bildirib ki, son iki  ayda gedən həbslər və hadisələr fonunda göründü ki,  Türkiyə nə qədər güclü bir qüvvə ilə üz-üzə qalıb.  
Darbə uzun illər ərzində Türkiyəni içdən ələ keçirmək, hakimiyyətə səssiz bir şəkildə sahib durmaq və xalqı kənar  paytaxtlardan idarə etmək planının tərkib hissəsi  idi. Azərbaycan dövləti isə bu illər ərzində özünün  xarici siyasətini, xüsusilə də qardaş Türkiyə ilə  münasibətlərini yüksək səviyyədə qurarkən etibarlı  tərəfdaş olduğunu dəfələrlə sübuta yetirib: “Cənab  nazir Ramil Usubovun da səfəri bunun bir sübutu  oldu. Hörmətli Ramiz Mehdiyev prezident İlham  Əliyevin xarici siyasətini qiymətləndirərkən mühüm  bir termindən istifadə etmişdi:  ”Kişi sifətli xarici siyasət". 
Image result for Gülen minval.az
Bu gün ayrı-ayrı ölkələr arasında maraq və mənafelər  uğrunda savaş elə bir səviyyədədir ki, qeyd olunan  terminlərə uyğun siyasət yürüdənlər tapmaq çətindir.  Bu mənada Azərbaycan bütün risklərə baxmayaraq, Gülən hərəkatının uzun illər Türkiyəni içəridən  gəmirən, nəinki paralel hakimiyyət, az qala  bütövlükdə hakimiyyətə çevrilən qüvvələrə qarşı öz  siyasi mövqeyini göstərərkən bunun davamı da  gəlməli idi. Ramil Usubov Azərbaycan dövlət  idarəçiliyində yüksək vəzifə tutmasına rəğmən kifayət qədər  nüfuzlu şəxsiyyətdir. O, Heydər Əliyev hakimiyyətinin ən ağır dönəmlərində prinsipial mövqeyi ilə tanınıb.  Belə bir şəxsin Türkiyəyə səfərə getməsi və  görüşlər keçirməsi,  rəmzi mənada bir  daha Ərdoğanın, onun yürütdüyü siyasətin müdafiə  etdirilməsi anlamından daha yüksək məna daşıyır. Görünür, Azərbaycan  bütövlükdə FETÖ-çü hərəkatın və  onların bu dövr ərzində maliyyən-bank sektorundan  təhsil məkanına qədər sızmasının təhlükələrini real  olaraq görür və bu yöndə addımlar atmaq  qərarındadır. Hörmətli Ramil müəllimin dilindən  orada bəyan edildi ki, Azərbaycanda bu yöndə  tədbirlər həyata keçiriləcək".
 Image result for “Balyoz əməliyyatı”
Deputatın sözlərinə görə, məlum “Balyoz əməliyyatı”  “Eergenekon” həbsləri və sair addımların indi tam  mahiyyəti açılır ki, istər polis orqanlarında, istər  xəfiyyə strukturlarında, istərsə də məhkəmə,  prokurorluq təsisatlarında yer alan Gülənçilər mahiyyət etibarilə Ərdoğanı sadiq  silahdaşlarından məhrum etmək, Türkiyəni sevənləri zərərsizləşdirməklə ən sonda da Ərdoğanı aradan  götürərək Türkiyəyə sahiblənmək planı üzərində  işləyiblər: “Bu yöndə şəxslər Azərbaycana nə qədər  yansıyıb, bu məlumatları dövlətin mühüm şəxsləri  bilərlər. Parlament üzvü olaraq kənardan biz yalnız  müşahidələrimizdən danışa bilərik. Ramil Usubov  özünün xarakteri etibarilə daxili işlər naziri olaraq bu  dövr ərzində dövlət mənafeləri məsələsində  prinsipiallığı ilə tanınmasına rəğmən, imkan verməz  ki, kimsə əsassız yerə damğalansın, suçlandırılısın,  günahı olan kimsə də kənarda qalsın. Ötən on illərdə  dövlət çevrilişinə cəhdlərin qarşısında dayanan ən  mühüm dövlət strukturlarından biri Daxili İşlər  Nazirliyidir. Hesab edirəm ki, nazirin Türkiyəyə səfəri Azərbaycanın təhlükəsizliyi üçün də çox  əhəmiyyətli idi. Bir daha onu vurğulamaq yerinə  düşər ki, söhbət təkcə yaşlı bir adamın  Pensilvaniyadan yüz minlərlə insanı  yönləndirməsindən, milyardlarla dollar vəsaiti  üzərindən ayrı-ayrı ölkələrə paylatdırmasından  getmir. Gülənin arxasında dayanan güc mərkəzləri  var. Bu, zamanında sınaqdan keçirilmiş modellərdir,  bir çox ölkələrin içərisinə yeridilib.
Image result for Ramil Usubov
Azərbaycanda  da siyasi islam anlayışı ilə vətəndaşların inancına  sahib durmaq və bu siyasi ekstremizm vasitəsilə  hakimiyyəti ələ keçirmək planları olub. Bəli, burada  çox dəqiq sərhədlər qoymaq lazımdır ki, təhsil  məkanında uğur qazanan və yaxud bu sistemdən  keçənlərin hamısını gülənçi elan etmədən Azərbaycan  bu məsələdə öz təhlükəsizlik maraqlarını düzgün  müəyyənləşdirməyi bacarmalıdır”.  

Ramil Usubov dərin dövlət adamıdır, ölkə rəhbərinə sədaqətlidir və prinsipialdır, heç kəsə qarşı süni şəkildə ittihamlara yol verilə bilməz, eyni zamanda gülənçi olduğu sübuta yetirilən heç kəsə də güzəşt  edilməz”

 
O ki qaldı Azərbaycanın daxili işlər nazirinin  Türkiyənin daxili işlər nazir Əfqan Ala ilə görüşdən  bir neçə saat sonra Ə.Alanın vəzifədən istefa  verdiyinin açıqlanmasına, Z.Oruc qeyd edib ki, Ə.Ala  R.T.Ərdoğanın ən yaxın komanda üzvlərindən biri  olub, dövlət çevrilişinə cəhd edənlərin qarşısına çıxanlardan və gülənçiləri hakimiyyət strukturlarından təmizləməkdə davamlı olan şəxslərdən biri kimi tanınıb: “Lakin müxtəlif iddia və  versiyalar var. Kimi onun istər polis, istər digər  strukturlarda mövcud olan gülənçilərin sayının  minlərlə olduğunu vurğulamağını əsas götürür,  kimiləri fərqli fərziyyələrdən danışır. Hər halda,  rəsmi açıqlama verən baş nazir bu yöndə heç bir fikir  söyləmədi, həmçinin Əfqan Alaya ehtiramını ifadə  etdi. Ona görə də nazirin Türkiyədə belə qeyri-sabit dövrdə və hökumətdə kəskin dəyişikliklər zamanında vəzifəsindən getməsi bizim ölkəmizlə münasibətlərə və səfər zamanı nəzərdə tutulan planların həyata keçirilməsinə mane ola bilməz. Oturuşmuş dövlətlərdə hər şey yalnız bir məmurdan asılı olmur. Düşünürəm ki, bizim üçün Azərbaycan dövləti  olaraq bu yöndə Türkiyə ilə əlaqələrimizi  dərinləşdirərkən, həmçinin xəfiyyə-kəşfiyyat  məlumatlarının mübadiləsini apararkən, şəxslərlə  deyil, Türkiyə dövləti ilə işləməkdir. Qardaş ölkənin  hakimiyyət orqanlarında kardinal dəyişikliklər həyatakeçirilməkdədir.  Şükürlər olsun ki, Azərbaycanın hüquq-mühafizə  orqanları, Dövlət Təhlükəsizlik Xidməti də Eldar  Mahmudovun cinayətkar generallarından azad  olunub. Rahat bir şəkildə FETÖ məsələsində kimin  həmin təsirlərə yuvarlandığını, hansısa maraqların  subyektinə çevrildiyini, ölkədə qeyri-qanuni fəaliyyət  həyata keçirdiyini yaxşı bilərlər. Ramil Usubovun  mühüm dövlət adamı kimi keçmişdə Azərbaycan  əleyhinə olan fəaliyyətlərin qarşısında dayanmasına  rəğmən, məhz onun Türkiyədə belə bir səfərdə  bulunması tamamilə məntiqli hadisə idi. Düşünürəm  ki, bu səfərdən sonra da Türkiyə və Azərbaycan öz  maraqlarını birgə qorumaq işini davamlı etdirəcək”.        
Image result for Zahid Oruc
Z.Oruc onu da bildirib ki, nazirin səfərindən sonra  Azərbaycanda yeni FETÖ-çülərin ortaya çıxarılması  mümkündür. Dövlətin gücü ondan ibarətdir ki,  mediaya sızan, mətbuatda yayılan məlumatların nə  qədər doğru olduğunu sübuta yetirsin: “Azərbaycanda nə qədər gülənçilər var, onlar hansı  səbəbdən bu fəaliyyətə yuvarlanıblar, məqsəd siyasi  hakimiyyət uğrunda mübarizə olub, yoxsa yalnız  özünün iqtisadi, maliyyə güclərini genişləndirmək  üçünmü, yoxsa şantaj qarşısında bu yola gediblər, bütün bunlar dövlətin müvafiq orqanlarında analiz  olunmalıdır. Ramil Usubov dərin dövlət adamıdır, ölkə rəhbərinə kifayət qədər sədaqətlidir, millətimizin təhlükəsizliyi və hüzurlu yaşaması məsələsində sərt və dönməz xarakteri ilə seçilən şəxsiyyətdir. Əslində burada qətiyyətliliyin nə qədər vacib olduğunu hər kəs yaxşı başa düşür. Razılaşın ki, 20 il öncə Azərbaycanda dövlətə qarşı xəyanət planlarını həyata keçirənlərlə müqayisədə hazırda Türkiyədə terror hörgütü kimi qəbul olunan ”Hizmət" hərəkatı heç də az təhlükəli deyildir. Ona görə də yalnız siyasi bəyanatlarla deyil, mühüm kəşfiyyat məlumatları ilə həmin şəbəkəni ifşa etmək gərəkdir, lakin bu zaman heç kəsə qarşı süni şəkildə  ittihamlara yol verilə bilməz, eyni zamanda gülənçi  olduğu sübuta yetirilən heç kəsə də güzəşt edilməz.  Başlıca məsələ, burada dəqiq hərəkət etməkdir, elə  addımlar atmaqdır ki, bu məsələ Azərbaycan dövlət  idarəçilik sistemini zədələməsin, parçalanma və kompromat savaşlarına rəvac verməsin. Əslində həbsə məruz  qalanlar da bizim öz vətəndaşlarımızdır. Biz  bilməliyik ki, onlar hansı səbəbdən belə fitnəyə  gediblər. Onun fərqindəyik ki, Azərbaycan  informativ, diplomatik, siyasi olaraq gülənçi  hərəkatın, onu müdafiə edənlərin hədəfində olub. Rəsmi Bakını sevməyən və bu ölkəni neft çəlləyində boğacaqlarını bildirən “camaatçılar”ı əldə saxlayan xarici kəşfiyyat-siyasi mərkəzlərin bütün təzyiqlərinə və Türkiyədəki son çevrilişi demək olar ki, müdafiə etmələrinə baxmayaraq, bizim ölkəmiz özünün həyati maraqları naminə Gülən sisteminin dağıdılmasında qərarlıdır.  Ondan ötrü də dövlətin əsas vəzifə sahibləri bütün bu  məqamları hesablayır, lakin Türkiyənin müdafiəsində  tərəddüd, ikili mövqe ola bilməz. Daxili işlər nazirinin  qardaş ölkəyə səfəri də Azərbaycanın yüksək  səviyyədə Türkiyəni müdafiə etməsi anlamına gəlir". 
 
Image result for Darbe
R.Usubov Azərbaycana döndükdən sonra ölkədə  yeni həbslərin olub-olmayacağı barədə suala Z.Oruc  belə cavab verib: “Hər halda, iki ölkənin daxili işlər  naziri arasındakı görüş informasiya mübadiləsi ilə  müşayiət olunub. Bunu birgə mətbuat konfransında  nazirlər də dedilər. Türkiyə bütün miqyası ilə məlum hədəfə qarşı əməliyyatlarını dərinləşdirməkdədir və hər hansı nazirlərin görəvdən getməsi halında belə, mübarizəni dayandırası deyil. Ona görə də Azərbaycana təqdim oluna biləcək sənədlərin miqyası haqqında yalnız təxminlərimizi bölüşə bilərik. Güman ki, bəzi dəqiqləşdirmələr  olub. Unutmayın ki, DİN məxfi xidmət və kəşfiyyat məlumatları ilə işləyən mühüm dövlət qurumudur. Bu mənada hörmətli Ramil müəllimin Azərbaycana  gəldikdən sonra kimlərinsə həbs olunacağını demək mənim üçün   çətindir. Lakin istisna etmirəm ki, hörmətli nazir  ölkəyə FETÖ-nün Azərbaycan uzantısı ilə bağlı sözün  birbaşa və siyasi mənasında müəyyən məlumat dosyesi ilə  dönsün. Bu, o anlama gəlməsin ki, biz dövlət olaraq  hətta özümüzə qardaş saydığımız Türkiyə  Cümhuriyyətinin verdiyi siyahı ilə hərəkət edirik.  Əsla. Söhbət yuxarıda bəhs etdiyimiz informasiya,  kəşfiyyat məlumatlarının paylaşılmasından gedir. Lakin bütün hallarda yüksək dövlət adamı kimi nazir bu məlumatları ölkənin birinci şəxsi ilə bölüşür və prezidentin tövsiyəsi ilə gələcək qərarlar müəyyənləşir”.






Fikirlər