MTN Təcridxanasının sabiq rəisi zərərçəkənlərlə üzləşdirilib- ZAUR BƏNNAYEV İŞGƏNCƏLƏRİ GİZLƏDİB

isgence

Ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin cinayət məsuliyyətinə cəlb olunan 21 yüksək rütbəli zabitləri ilə yanaşı nazirliyinin digər şəxsləri də “MTN İşi” ilə bağlı istintaqa cəlb olunur. Gununsesi.info-nun məlumatına görə, Eldar Mahmudovun nazir olduğu dönəmdə rəhbərliyin qanunsuz göstərişlərinə əməl edən digər əməkdaşlar da istintaq prosesində şahid qismində dindirilir.

Belə şəxslərdən  biri də MTN-nin İstintaq Təcridxanasının sabiq rəisi Zaur Bənnayevdir.

Bununla bağlı saytımızı bilgiləndirən mənbənin sözlərinə görə, işdə zərərçəkən kimi tanınan şəxslərin həbs olunarkən işgəncələrə məruz qalmaları faktı üzrə təcrdixana rəisi olmuş Zaur Bənnayevə suallar verilib.  Baxmayaraq ki, MTN-nin həbs etdiyi şəxslər işgəncələri təcridxanada deyil, Anti-Terror Mərkəzinin xüsusi işgəncə avadanlıqları ilə təchiz olunmuş otaqlarında alıb. Bu işlərdə tərcidxana rəhbıərliyinin yeganə məsuliyyəti isə işgəncə izləri ilə oraya gətirilən şəxslər barəsində məlumatları rəsmiləşdirməmək və prokurorluq orqanlarından gizlətməkdən ibarətdir. Hansı ki, işgəncə izləri ilə təcridxanaya gətirilən vətəndaş barəsində qanunvericiliyin tələblərinə uyğun hərəkətlər aparılmalıdır.






Fikirlər