Putin Kərimovun məzarı önündə diz çökdü - VİDEO

Putin Kərimovun məzarı önündə diz çökdü - VİDEO

Rusiya prezidenti Vladimir Putin Kərimovun dəfn olunduğu məzarlığa gəlib.
Rusiya lideri İslam Kərimovu Özbəkistanın baş naziri ilə birgə yad edib. Putin diz çökərək Kərimovun məzarına qızılgüllərdən ibarət gül dəstəsi qoyub.
RİA Novosti-nin məlumatına əsasən, Putin İslam Kərimovun məzarını ziyarət etdikdən sonra Özbəkistan prezidentinin Səmərqənddəki iqamətgahına gəlib.
Burada Kərimovun fotosu önünə gül dəstəsi qoyduqdan sonra Putin mərhum prezidentin həyat yoldaşı - Tatyana Kərimova və kiçik qızı Lola Kərimova-Tillyayeva şəxsən başsağlığı verib. Putinin Kərimovlar ailəsi ilə danışığı mətbuat üçün qapalı keçib.
 






Fikirlər