Yunan hökumətinin Bakı ilə cığal “QAZ OYUNU” - arxasında kim var?

 Image result for DESFA SOCAR

SOCAR-ın dünyada artan nüfuzu rəqiblərini qorxuya salıb; Yunanıstanın DESFA-nın özəlləşdirilməsi ilə bağlı keçirilən tenderə özbaşına dəyişiklik etməsi Azərbaycan tərəfinin ciddi narazılığına səbəb olub; belə görünür ki, yunan hökumətinin “qarnının ağrısı” başqadır və bu oyunların arxasında Kreml hakimiyyəti dayana bilər, çünki... 

 

SOCAR-ın  Yunanıstanın Qaz Nəqli Sisteminin Operatoru olan DESFA şirkətinin səhmlərinin alınması barədə razılaşma növbəti dəfə iki ölkə arasında narazılığa artıb. Buna səbəb isə Yunanıstan hökumətinin DESFA-nın özəlləşdirilməsi ilə bağlı keçirilən tender proseduruna özbaşına dəyişiklik etməsidir.  “APA-Economics” xəbər verir ki, bunu Azərbaycanın Yunanıstandakı səfiri Rəhman Mustafayev bildirib.
Səfir qeyd edib ki, Yunanıstan hökumətinin artıq mənfəət əldə etmək niyyəti ikitərəfli işgüzar münasibətlərə təsir edə bilər.
Diplomat bildirib ki, energetika naziri Panos Skurletis tərəfindən təklif edilən dəyişikliklər SOCAR rəsmiləri ilə razılaşdırılmayıb: “Bu isə öncədən danışılmış şərtlərə ziddir və özəlləşdirmə prosesini çətinləşdirir. SOCAR bir çox ölkələrdə fəaliyyət göstərir, lakin bu cür halla ilk dəfə qarşılaşır. Nazir bildirir ki, dəyişikliklər istehlakçıların müdafiəsinə hesablanıb, lakin bu mifdir. Bunu hətta mənim söhbətləşdiyim biznesmenlər də təsdiqləyir. Bu cür məsələlərə inzibati müdaxilə xarici investisiya axınının qarşısını ala bilər. Əgər kimsə hansısa mexanizmi dəyişmək istəyirsə, biz etiraz etmirik. Lakin bu, sivil qaydalar çərçivəsində baş verməlidir. Bu addım isə SOCAR-la, yəni potensial investorla razılaşdırılmadan atılır”.
Image result for Panos Skurletis Azerbaijan
Səfir Yunanıstanın energetika naziri Panos Skurletisin “Azərbaycan tərəfi iqtisadiyyatdakı durğunluq səbəbindən DESFA-nın özəlləşdirilməsindən imtina etmək istəyir” açıqlamasına münasibət bildirib. O qeyd edib ki, bu cür bəyanatlar qəbulolunmazdır və təəccüb doğurur: “Bu açıqlama bizdə təəccüb doğurdu. Bu bəyanat qəbulolunmazdır. Nazir Azərbaycana qarşı hörmətsizlik etməməli idi. İki dost ölkənin rəsmiləri özünü bu cür aparmamalıdır. Bəyanatın mahiyyətinə gəldikdə, səslənən fikirlər həqiqəti əks etdirmir. Azərbaycan, o cümlədən SOCAR bir çox ölkələrə, məsələn, Rusiya, Türkiyə, İran, Gürcüstan, İsveçrə, Malta, Bolqarıstan, Çernoqoriya, Serbiya və sair ölkələrə iri investisiyalar yatırıb və etibarlı tərəfdaş olduğunu sübut edib”. 
Image result for Panos Skurletis
Yunanıstan hökuməti ölkənin qaz kəmərləri sisteminin operatoru olan DESFA şirkətinin səhmlərinin üçdə ikisinin 400 milyon avroya alınmasına dair müqaviləni 2013-cü ilin yayında imzalayıb. Lakin sonradan hakimiyyətə gələn yunan hökuməti bildirib ki, DESFA-nın səhmlərinin 66 faizini yox, 49 faizini SOCAR-a sata bilər.
Yunanıstanın qaz nəqli kəmərlərinə nəzarət edən DESFA-nın özəlləşdirməyə çıxarılmasından sonra bu şirkətlər uğrunda SOCAR-la Rusiyanın “Qazprom” şirkəti arasında kəskin rəqabət getdi. Sonda “Qazprom” gözlənilmədən DEPA-nın satışına dair tenderdən çəkildi, DESFA-nın səhmlərini isə SOCAR aldı.
 
Image result for DESFA SOCAR
Qeyd edək ki, Yunanıstan Avropa İttifaqının üzvü olduğuna görə bu sövdələşmə ancaq Avropa Komissiyası tərəfindən təsdiqləndikdən sonra qüvvəyə minə bilər. SOCAR-ın DESFA-nın səhmlərini almasına dair razılaşma Aİ-nin müvafiq komissiyası tərəfindən artıq 1 ildir ki, təsdiqlənmir.  Aİ-nin  izahı budur ki,  bu sövdələşmə Yunanıstana təbii qazın topdan satışında rəqabəti poza bilər. Guya antiinhisar prinsiplərinə əsaslanan Yunanıstan dövləti  SOCAR-ın səhm payının 17%-ni üçüncü tərəfə satmağını təklif edir. Üçüncü tərəfə satılması təklif olunan səhm paketini İtaliyanın “Snam” şirkəti almaq niyyətindədir. Amma belə görünür ki, Yunanıstan hökumətinin “qarnının ağrısı” bu deyil və ortada başqa niyyətlər var. Mümkündür ki, Azərbaycanın qaz bazarında getdikcə aparıcı mövqeyə  çıxması  Yunanıstanın  və böyük ehtimalla, Aİ-nin sanksiyalarına baxmayaraq, hazırda çox sıcaq münasibətlər qurmuş Kreml hakimiyyətinin maraqlarına uyğun deyil. Beynəlxalq sanksiyalara məruz qalan “Qazprom” isə hazırda geniş bazarlar axtarmaqdadır.  SOCAR-ın transmilli şirkətə çevrilməsi isə rəqiblərinin yuxusuna haram qatır. Bu baxımdan, ciddi maliyyə sıxıntıları yaşayan Yunanıstan hökumətinin  bu dərəcədə özbaşınalığı  başadüşülən və məntiqli deyil.  
Image result for DESFA
Maraqlıdır ki, Avropa Komissiyası vaxtilə SOCAR Yunanıstan şirkətini almağa dair razılaşma əldə edəndə Brüsseldə buna çox sevinmişdilər. Hətta yunan şirkətinin “Qazprom”a satılmaması üçün ABŞ və Avropa İttifaqı rəsmi Afinaya çox güclü təzyiqlər edirdi. Onlar açıq şəkildə mesaj verirdilər ki, Yunanıstan şirkəti SOCAR-a satmalıdır. Çünki SOCAR Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında və Rusiyanın Avropa qaz bazarında inhisarçı mövqelərinin zəiflədilməsində Qərbin əsas tərəfdaşıdır. Amma Aİ bu məsələdə hələ ki gözləmə mövqeyi tutur.         
Image result for Rövnəq Abdullayev
Qeyd edək ki, iki gün əvvəl SOCAR prezidenti Rövnəq Abdullayev də  “Yunanıstan hökuməti DESFA-nın özəlləşdirilməsi ilə bağlı keçirilən tender proseduruna zidd hərəkət edib” deyə, açıqlama vermişdi. 
“Əvvəlcə danışılan qaydalar pozulub. Biz də Yunanıstan hökumətindən bunun əsaslandırılmasını gözləyirik. Dəyişilən qaydaya əsasən, DESFA-nın qiyməti iki dəfə aşağı enir. Əgər obyektin gəlirliliyi aşağı salınırsa, deməli, onun qiyməti də aşağı enməlidir. Biz bu məsələləri Yunanıstan hökuməti ilə danışıqlarda qaldırmışıq və danışıqlar davam edir”, - deyə R. Abdullayev qeyd edib.
 

 






Fikirlər