Prezident anası ilə "Ləzginka" oynadı - VİDEO

Çeçenistan prezidenti səlahiyyətlərini icra edən Ramzan Kadırov doğma Çentroy kəndində səs verdikdən sonra Ləzginka rəqsini oynayıb. 

Rusiya KİV-ləri xəbər verir ki, Kadırov anası Aymani Mesieva ilə birgə rəqs edib.

Sakinlər və jurnalistlər Kadırovu alqışlayıb və ona dəstək nümayiş etdiriblər.

Qeyd edək ki, Ramzan Kadırov Respublikanın rəhbərliyi uğrunda keçirilən seçkilərdə liderdir. İlkin nəticələrə əsasən Kadırov 97,06 faiz səs toplayıb. (azvision.az)




 

 






Fikirlər