“Hətta təmizlənmiş sular da insanlara əcaib şəkildə çatır”

Картинки по запросу анимации gif вода

Eyyub Hüseynov: “Buna səbəb suların keyfiyyətsiz olması deyil, səbəb odur ki...”

“Azərsu”ASC tərəfindən təmizlənmiş sular belə insanlara əcaib şəkildə çatır”.

Bunu açıqlamasında Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov bildirib. E.Hüseynovun sözlərinə görə, təmizlənmiş suların istehlakçılara çirkli şəkildə çatmasına səbəb boruların köhnə olmasıdır:

“Əsas problem borular, onların köhnə olması ilə bağlıdır. Məhz buna görə də “Azərsu” ASC tərəfindən təmizlənən sular borulardan keçən zaman çirklənir və insanlarda belə belə təəssürat yaranır ki, sular təmizlənmir.

Məlum problemin həlli üçün köhnəlmiş boruların yeniləri ilə əvəzlənməsinə ehtiyac var. Əgər bu baş verərsə, o zaman təmizlənmiş sular istehlakçılara elə təmiz şəkildə də çatar”.

 






Fikirlər