“Onların dəstəyi ermənilərə cəsarət verir”

Millət vəkili Rövşən Rzayev Moderator.az-a açıqlamasında Ermənistanın işğal siyasəti və bu siyasətdən imtina etməməsinin səbəblərinə aydınlıq gətirib.

R.Rzayevin sözlərinə görə, ermənilərin hələ də işğaldakı torpaqları tərk etməməsinə səbəb bəzi ermənipərəst dövlətlərin rəsmi İrəvana verdiyi dəstəkdir:

“Ermənistan bizə yaxın qonşuluqda olan bir dövlətdir. Hansı ki, bu dövlət bizə qarşı düşmənçilik siyasəti aparır. Ermənistan ölkəmizə qarşı ərazi iddiası irəli sürür. Işğal siyasətini davam etdirir. İşğaldakı torpaqlarımızdan öz Silahlı Qüvvələrini çıxartmaqdan imtina edir. Baxmayaraq ki, bununla beynəlxalq hüquq normalarına zidd addım atmış olur. Təbii ki, buna səbəb Ermənistanı dəstəkləyən qüvvələrin mövcudluğu, onların Ermənistana verdiyi dəstəkdir. Məhz onların verdiyi dəstək ermənilərin geri addım atmasının qarşısını alır, onlara ümid verir. Odur ki, Qarabağ probleminin hələ də həll edilməməsinə görə məsuliyyət ermənilərlə yanaşı, həm də bu qüvvələrin üzərinə düşür”.

 

 






Fikirlər