"İmamzadə"də imamların ruhun narahat edən olay - FOTOLAR

Gəncədəki mənbələrimizdənModerator.az-a xoş olmayan bir məlumat daxil olub.
Bildirilir ki, təkcə ölkənin ikinci paytaxtının deyil, bütövlükdə Gəncəbasarın ən nüfuzlu və sanballı kişilərindən hesab olunan Mirabbas Ağanın qəbirinə qarşı rəsmi qurumlar tərəfindən edilən hörmətsizlik onun ailə üzvlərinin və pərəstişkarlarının narahatlığına səbəb olub. 
Belə ki, vaxtilə şəhərdəki "İmamzadə" kompleksinin həyətində dəfn olunan Mirabbas Ağanın qəbiri son təmir işləri zamanı başqa yerə köçürülsə də ailəsinə söz verilən məsələ - həmin kompleksin divarına onun xatirəsinə lövhə vurulması və ya daşın üzərində onun burada basdırıldığı barədə məlumatın yazılması bu günədək müxtəlif bəhanələrlə yubadılır. 
Qeyd edək ki, 40 il "İmamzadə"nin axundu və Gəncəbasarın Şeyx İmamı olan Mirabbas Ağa dövrünün ən öndə gedən ziyalılarından olub və ilahiyyatçı alim kimi də 27 il Kərbəla Universitetində dərs deyib. 
Bildirilir ki, 3 il öncə "İmamzadə" kompleksində irimiqyaslı bərpa-təmir işləri aparılarkən Mirabbas Ağanın qəbiri ailəsinin razılığı ilə başqa yerə köçürülüb və onun qəbri yeni minarənin sütunları altında qalıb. Amma Şeyxin ailə üzvlərinin israrlı xahişlərinə baxmayaraq belə bir nüfuzlu din xadiminin adını tarixin yaddaşından silmək istəyənlərin niyyəti hələ ki, gerçəkləşmiş olub...






Fikirlər