31.07.2014- ŞOK! Seyid Lazım ağanın nəvəsi qadın alverinə görə tutuldu

31.07.2014- ŞOK! Seyid Lazım ağanın nəvəsi qadın alverinə görə tutulduBu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qadın alveri ilə məşğul olan Ağdam şəhər sakini Qafur Bağırovun cinayət işi üzrə məhkəmə başa çatıb.

Qafur Bağırov Daxili İşlər Nazirliyinin İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində həbs edilib. O, gəlir əldə etmək məqsədi ilə qadınları BƏƏ-nin Dubay Əmirliyinə aparıb cinsi istismara məruz qoyması faktları məlum olub. Cinayət işi üzrə 3 nəfər zərərçəkmiş qadın var.
Qafur Bağırov Ağdam rayonunda tanınmış şəxslərdən biri, Seyid Lazım Ağanın nəvəsidir. Hakim Mirzə Xankişiyevin sədrliyi ilə keçirilən prosesdə ifadə verən Qafur Bağırov elan olunmuş ittiham üzrə özünün təqsirli bilməyib. O, deyib ki, qadınları Dubaya işləmək üçün göndərib. Onun sözlərinə görə, qadınların Dubayda cinsi istismara məruz qalmalarından xəbəri olmayıb.
Zərərçəkmişlər isə Qafur Bağırovun onları cinsi istismara məruz qalmalarıını deyiblər. Onlar bildiriblər ki, Qafur Bağırov onlarla birlikdə Dubay şəhərinə gedib. Onların cinsi istismara məruz qalmalarından toplanan pulları Qafur Bağırov yığxıb.

Məhkəmənin hökmü ilə Qafur Bağırov 4 il müddətinə azadlıqdan məhrum edilib.






Fikirlər