“Unibank” prezidentinin oğlu kreditləri qaytarmaq üçün qoçu axtarır?

bitmap-img6

Ölkədə ardıcıl baş verən iki devalvasiyadan sonra gecikmiş və qaytarılmayan kreditlərin sayı çoxalıb.

 

Xüsusən dollarla kredit götürən vətəndaşlar kredit borclarını qaytarmaqda çətinlik çəkirlər. Banka borclu olan bir çox vətəndaş məhkəməyə verilib. Bəzi banklar isə bu məsələni məhkəmə ilə həll etməyə maraqlı deyillər.
Buna səbəb məhkəməyə müraciət olunan zaman həmin kredit bəzən müvəqqəti dondurulur və ya məhkəmə qərarına əsasən borclu şəxsin ödəyə biləcəyi məbləğ əsas götürülərək qərar çıxarılır. Eyni zamanda məhkəmə qərarı ilə kreditin müddəti də uzadılır. Bu səbəbdən banklar məsələni məhkəmədən öncə müştəri ilə həll etməyə çalışır.
“Unibank” isə sanki bu məsələni idmançılar vasitəsilə həll etməyi daha üstün tutur.
Belə ki, “Unibank” Ölkə qanunlarını “reket”, “vorzakon” qanunlarına əvəzləyən “BOA Kollektor” adlanan şirkət ilə müqavilə bağlayıb. 
Ölkə.Az xəbər verir ki, daha öncələr də mətbuatdan tanıdığımız kimi “BOA Kollektor” iş elanı saytlarından birində "vaxtı keçmiş borcların qaytarılması üzrə mütəxəssis" vəzifəsi ilə bağlı vakansiya elan edib. Bankın namizədlə bağlı tələblərində isə "idmançı görünüşlü" olması diqqəti cəlb edir. Həmin elanda qeyd edilir ki, rəhbərliyin verdiyi tapşırıqlar “yüksək səviyyədə” həll edilməlidir, Azərbaycan Respublikası qanunları çərçivəsində yox, rəhbərliyin verdiyi tapşırıqlar əsasında...
Həmin elan eynilə aşağıdakı kimidir:
Vaxtı keçmiş borcların qaytarılması üzrə Mütəxəssis
Müəsisə: "BOA Kollektor Agentliyi" MMC
Məvacib: 500 AZN
İş təcrübəsi: 1 ildən 3 ilə qədər
Öhdəliklər:
 - İdmançı görünüşlü
- Həqiqi hərbi xidməti başa vurmalı
- Yaxşı nitq qabiliyyətinə, ünsiyyət qurmaq bacarığına malik olmalı
- Kollektivdə işləmə bacarığı
- Kompyuterdə işləmə bacarığı
- Stress altında işləmə bacarığı
Maraqlanan şəxslər öz CV-lərini [email protected] elektron poçt ünvanına göndərə bilərlər. Mövzu qrafasında mütləq vəzifənin adı,Vaxtı keçmiş borcların qaytarılması üzrə Mütəxəssis, yazılmalıdır.
İş barədə məlumat:
Əsas vəzifə öhdəlikləri:
- Problemli Müştərilərlə əlaqə yaratmaq
- Ödənişləri təmin etmək
- Gecikmə səbəblərinin araşdırılması və problemin həlli üçün tədbirlər görülməsi
- Rəhbərliyin verdiyi bütün tapşırıqların vaxtında və yüksək səviyyədə həll edilməsi
Yaş: 20 - 35 yaş
Təhsil: Orta
Region: Bakı






Fikirlər