Havalar soyumaqda davam edir

Sabah Bakıda və Abşeron yarımadasında arabir  yağış yağacağı gözlənilir.
 
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən  verilən məlumata görə, yağışın bəzi yerlərdə intensiv olacağı ehtimalı var. 
 
Mülayim şimal-şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 7-9° isti, gündüz 9-11° isti, Bakıda gecə  7-9° isti, gündüz  9-11° isti olacağı gözlənilir. Atmosfer  təzyiqi  normadan artıq 770 mm civə sütunundan, 773 mm civə sütununa yüksələcək. Nisbi rütubət   85-95 % təşkil edəcək.
 
Azərbaycanın rayonlarına gəlinə, sabah arabir yağış yağacağı gözlənilir. Bəzi yerlərdə intensiv olacağı, dağlıq və dağətəyi rayonlarda sulu qara, qara keçəcəyi ehtimalı var. Ayrı-ayrı yerlərdə duman. Mülayim şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 4-9° isti, gündüz 9-13° isti, dağlarda gecə 3° şaxtadan 2°-dək isti, gündüz 2-6° isti olacağı gözlənilir.






Fikirlər