İspaniyada həbs olunan Eldar Mahmudovun "Akula"sı ilə bağlı SON XƏBƏR

İspaniyada həbs olunan Eldar Mahmudovun "Akula"sı ilə bağlı SON XƏBƏR

Eldar Mahmudovun təhlükəli xüsusi agenti, "Akula Akif" ləqəbli Akif Mustafayevin neçə vaxtdır gizləndiyi İspaniyada həbs olunması barədə xəbər yayılandan sonra onun vəkili bildirib ki, bu hadisə təqribən 10 gün əvvəl baş verib. "Akula" məhkəməyə çıxarılıb və həmin gün azad edilib. Daha sonra İspaniyanı tərk edib.

Vəkilin bu məlumatı "Akula"nın özündən aldığı, yaxud başqa mənbələrdən eşitdiyi məlum deyil. Eldar Mahmudovun sahibkarları talamaq və rüşvət yığmaq əməliyyatlarında istifadə etdiyi xüsusi agentinin həbsi barədə xəbəri İspaniyanın "La Vanguardia" qəzeti ötən gün, oktyabrın 28-də yayıb. Xəbərdə onun hansı tarixdə həbs olunduğu göstərilmir, ancaq bildirilir ki, 61 yaşlı Mustafayev İspaniya Milli Məhkəməsinə çıxarılıb və barəsində ekstradisiya proseduru başladılıb. virtualaz.org qeyd edir ki, İspaniyadan ekstradisiya proseduru olduqca mürəkkəbdir və çoxsaylı bürokratik əngəllərlə müşaiyət olunur. Proses aylarla, bəəzn illərlə vaxt apara bilər.

 “Akula Akif” İspaniyada həbs olundu - ELDAR MAHMUDOVUN ''SAĞ ƏLİ''

Əgər bu ölkə məhkəməsi hesab etsə ki, şübhəlinin barəsində irəli sürülümüş ittihamların qurama olması riski var, o zaman ekstradisiyadan imtina olunur. Əgər "Akula"nın barəsində ekstradisiya proseduru başladılıbsa nə dərəcədə ağlabatandır ki, onu elə həmin gün azadlığa buraxsınlar? Hazırda İspaniya mənbələrində A.Mustafayevin saxlnılandan sonra azadlığa buraxılması haqda heç bir məlumat yoxdur. virtualaz.org məsələni Azərbaycan hüquq-mühafizə orqanları ilə aydınlaşdırmağa çalışır.

Xatırladaq ki, "Akula"nın İspaniyada olduğu çoxdan məlum idi və o, "şefi" işdən azad olunan günün ertəsi Bakıdan qaçmışdı. "Akula"nın Barselonda evi var və bu, ona imkan verir ki, İspaniyada yaşamaq hüququna malik olsun. 






Fikirlər