65 yaşlı Lalə Şövkət: “O, restoranlara getmir”

Azərbaycan Liberal Partiyasının (ALP) lideri Lalə Şövkət Hacıyevanın bu gün 65 yaşı tamam olur.

ALP-nin sədri Əvəz Temirxan Modern.az-a açıqlamasında partiyanın liderinin doğum günü keçirməsindən söz açıb.

“Lalə Şövkət, hər il doğum gününü çox təvazökar şəkildə qeyd edir. Bu il də belədir. Restoranlara getmir. Ailə içində doğum günü keçirir. Ad gününün qabardılmasına da ehtiyac duymur”.

 Əvəz Temirxanın sözlərinə görə,  Lalə xanıma doğum günü təbrikləri bu il də müxtəlif peşə sahiblərindən gəlir.

“Lalə Şövkətin bu ilki doğum gününə də təbriklər gəlməkdə davam edir. Partiya rəhbərləri, ictimai xadimlər, elm adamları, ziyalılar, tərəfdarları və geniş seçici kütləsindən təbriklər alırıq. Bu gün telefonum susmur. Özünə birbaşa zəng edənlər də var”.

 






Fikirlər