Uğurlarla dolu 5 il! - ÖZƏL

  Картинки по запросу eldar yunusov

Uşaqların təlim-tərbiyəsində uşaq bağçalarının rolu danılmaz olsa da, Azərbaycanda, o cümlədən də paytaxt Bakıda bu sahədə mövcud vəziyyət o qədər də ürək açan deyildi.

Amma sevindirici haldır ki, ölkəmizdə məktəbəqədər təhsil sisteminin təkmilləşdirilməsi son illərdə ciddi şəkildə diqqət mərkəzindədir və bu istiqamətdə bir sıra əhəmiyyətli addımlar atılıb, məsələn, xüsusi dövlət proqramı qəbul edilib.

5 il öncə Bakı Şəhər Məktəbəqədər Təhsil Müəssisələri və Uşaq Evləri İdarəsinin yaradılması da həmin istiqamətdə atılan ciddi,eyni zamanda da uğurlu addımlardan biridir. Bu qurum ona göstərilən etimadı layiqincə doğruldur və onun 5il kimi əslində bir o qədər də böyük olmayan müddət ərzində gördüyü işlər gələcəyə daha nikbin baxmaq üçün əsas verir.

“Azərbaycan Respublikasında körpələr evlərinin, uşaq bağçalarının və uşaq evlərinin inkişafı ilə bağlı tədbirlər barədə” Azərbaycan Respublikası Prezidentinin 27 dekabr 2011-ci il tarixli, 1941 nömrəli Sərəncamına əsasən Təhsil Nazirliyinin tabeliyində olan körpələr evləri, uşaq bağçaları, uşaq evləri yerli icra hakimiyyəti orqanlarının tabeliyinə verilməsindən sonra Bakı Şəhər İcra Hakimiyyətinin nəzdində yaradılan idarənin qısa müddət ərzində gördüyü işlər paytaxtın məktəbəqədər təhsil müəsissələrində və uşaq evlərində uzun illər ərzində yığılıb qalan problemlərin kökündən həllinə gətirib çıxarıb.

Ölkə mətbuatı və ictimaiyyət də bu mənada Bakı Şəhər Məktəbəqədər Təhsil Müəssisələri və Uşaq Evləri İdarəsinin fəaliyyətini təqdirlə qarşılayır.

İdarəyə Eldar Yunusov kimi peşəkar və məsuliyyətli kadr təyinatı sonda qarşıya qoyulan məqsəd və vəzifələrin yerinə yetirilməsində həlledici faktora çevrilib.

Bəs əldə edilən uğurları necə ümumiləşdirmək olar?

Birinci, gizlətməyə gərək yoxdur ki, xüsusilə uşaq bağçaları ilə bağlı cəmiyyətdə çoxdan narazılıqlar vardı. Söhbət ilk növbədə azyaşlıların bu müəssisələrə rüşvətlə qəbulundan gedirdi. Sevindirici haldır ki, məhz Bakı Şəhər Məktəbəqədər Təhsil Müəssisələri və Uşaq Evləri İdarəsinin yaradılmasından sonra bu problemin həlli istiqamətində ciddi addımlar atıldı. Hazırda “uşaq bağçaları” və “rüşvət” sözləri arasında əlaqə qurmaq üçün sadəcə, reallıq hissini itirmək və qərəzli olmaq lazımdır.

İkincisi, məktəbəqədər təhsil müəssisələri və uşaq evləri ilə bağlı uzun illər ərzində narahatlıq doğuran başqa bir problem uşaqlara lazımi diqqət və qayğının göstərilməməsi idi. Xüsusilə bu cür müəssisələrdə qida təhlükəsizliyi daim cəmiyyətdə müzakirə mövzusu idi. Əminliklə demək olar ki, məhz Bakı Şəhər Məktəbəqədər Təhsil Müəssisələri və Uşaq Evləri İdarəsinin məqsədyönlü fəaliyyətindən sonra bu problem də həllini tapıb. Hazırda məktəbəqədər təhsil müəssisələri və uşaq evlərində azyaşlılar yüksək keyfiyyətli qida və ərzaqla təmin olunur.

Üçüncü və kifayət qədər vacib bir məqamı da vurğulamaq lazımdır. Sözügedən müəssisələrlə bağlı bir vaxtlar mətbuat səhifələrində tez-tez rastlaşdığımız xəbərlər sırasında uşaqlara qarşı fiziki və psixoloji zorakılıq hallarının baş verdiyi barədə məlumatlar diqqət çəkir, belə məlumatlar ictimai rəydə ciddi rezonans doğurur, narazılıq yaradırdı. Artıq belə məlumatlar da keçmişin tozlu arxivlərində qalıb. Məhz Bakı Şəhər Məktəbəqədər Təhsil Müəssisələri və Uşaq Evləri İdarəsinin qısa müddətdə həyata keçirdiyi tədbirlər nəticəsində haqqında danışdığımız neqativ hallar da aradan qaldırılıb. Şübhə yoxdur ki, yaxın gələcəkdə məktəbəqədər təhsil müəssisələri və uşaq evlərinin daha yüksək peşəkarlıq, müasir standartlar çərçivəsində onların bütün istiqamətlərdə daha uğurlu, modern fəlaiyyətinin şahidi olacağıq.

Ayrıca qeyd etrməyi lazım bilirik ki, idarənin yaradıldığı ilk gündən etibarən Bakıdakı bağça müdirlərinin və tərbiyəçilərin ixtisasartırma kurslarına cəlb etməyə başlaması təqdirəlayiq hadisədir. Məhz bunun nəticəsində yuxarıda sadaladığımız və sadalamadığımız problemlərin qısa zaman kəsiyində həlli prosesi daha da sürətlənib.

Картинки по запросу eldar yunusov

 

Dördüncü: Bakıda uşaq bağçalarına ehtiyacın çox olduğu hər kəsə məlumdur. Bakı Şəhər Məktəbəqədər Təhsil Müəssisələri və Uşaq Evləri İdarəsi yaradılarkən bu problemin həlli də qarşıya qoyulan əsas məqsədlərdən biri idi. Bu məqsədə çatmaq üçün də kifayət qədər enerji sərf olunur, səylər göstərilir. Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıvbala Abutalıbov da zaman-zaman çıxışlarında bu məsələyə xüsusi diqqət ayırıb, problemlərdən həll yollarını göstərib. İnanırıq ki, haqqında danışdığımız, kifayət qədər ağır, istər zaman, istərsə də maliyyə baxımından böyük problemin də birdəfəlik həllini görmək üçün çox gözləməyəcəyik.

Bəli, tam əminliklə demək olar ki, istər uşaqların yaş və psixoloji xüsusiyyətlərinə uyğun tərbiyə-təlim prosesinin təşkili, onların sağlamlığının mühafizəsi, istərsə də tərbiyə alan uşaqların maraq, qabiliyyət və istedadlarının inkişaf etdirilməsi üçün lazımi şərait və imkan yaradılması baxımından Bakı Şəhər Məktəbəqədər Təhsil Müəssisələri və Uşaq Evləri İdarəsi qibtə olunacaq səviyyədə böyük işlər həyata keçirib.

Bu məsələdə idarənin tabe olduğu Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbovun diqqət və qayğısını xüsusi olaraq qeyd etmək lazımdır. Hacıbala müəllim üçün sözügedən müəssisələrin fəaliyyətinin düzgün təşkili və onların illər uzunu yığılıb qalmış problemlərinin həlli ilk gündən prioritet olub. Bakı Şəhər Məktəbəqədər Təhsil Müəssisələri və Uşaq Evləri İdarəsininyaradılması və ona Eldar Yunusov kimi təcrübəli, çalışqan, işini yüksək səviyyədə bilən bir kadrın təyin edilməsi də Hacıbala müəllimin sözügedən məsələyə necə həssas münasibət sərgilədiyinin məntiqi sonluğudur.        

Və sonda: yalnız Bakı Şəhər Məktəbəqədər Təhsil Müəssisələri və Uşaq Evləri İdarəsinin cəmi 5 ilə sığışdırdığı misilsiz işlərə baxaraq 2011-ci ilin dekabrında körpələr evləri, uşaq bağçaları və uşaq evlərinin yerli icra hakimiyyəti orqanlarının tabeliyinə verilməsininin nə qədər doğru bir qərar olduğunu görəsən. Ümid edək ki, Eldar Yunusovun rəhbərlik etdiyi qurum bundan sonrakı fəaliyyətində də ötən illərdə qazandığı uğurları daha geniş miqyasda davam etdirəcək, Azərbaycanın sağlam gələcəyinin yetişməsində, formalaşmasında öz müstəsna rolunu oynamaqdan yorulmayacaq.

Bizdə bu müqəddəs, eyni zamanda vətənimiz, millətimiz, dövlətimiz adına olduqca taleyüklü, starteji əhəmiyyətli işdə Eldar müəllimə və kollektivinə yeni-yeni uğurlar, bol-bol nailiyyətlər arzulayır və deyirik:

Xoş sədanız heç vaxt qulaqlarımızdan əzkik olmasın!    

 Azər Abdul.

 

Похожее изображение

Похожее изображение  

 

  

 






Fikirlər