19.06.2014.- Deputat,alim, xeyriyyəçi insan

19.06.2014.- Deputat,alim, xeyriyyəçi insanYəqin ki, bir çoxlarımız dövrü mətbuatın səhifələrində, bəzən isə televiziya ekranlarında bu və ya digər deputatın, yaxud da vəzifəli bir şəxsin məsul olduğu ərazidə yerli sakinlərlə keçirdiyi növbəti görüş barədə hazırlanmış geniş reportajları dəfələrlə izləməli olmuşuq.
Təbii ki, bu hal tamamilə təqdirə layiqdir. Lakin bu məsələdə insanı bir qədər düşünməyə vadar edəcək məqamlar da yox deyil. Məsələ bundadır ki, istər millət vəkili olsun, istərsə də icra strukturlarına rəhbərlik edən hər hansı bir şəxs, məgər öz seçıcılərilə və ya ərazidə yaşayan sakinlərlə görüşmək, onların problemləri ilə yerində və yaxından tanış olmaq həmin şəxslərin birbaşa vəzifə borcu deyilmi? O zaman hər növbəti görüşdə KİV nümayəndələrinin iştirakını mütləq şəkildə təmin etmək, bu görüşləri anbaan qeydə almaq və sonra da mümkün olduqca tədbiri televiziya kanallarında və ya qəzet səhifələrində işıqlandırmaq hansı zərurətdən irəli gəlir? Halbuki belə görüşləri daha tez-tez və ən əsası da heç bir media nümayəndəsinin iştirakı olmadan keçirən millət vəkillərimiz də var. Və mən sizi inandırıram ki, bu görüşlərdə əldə olunan real nəticələrin, konkret həllini tapan problemlərin sayı daha çox olur.

19.06.2014.- Deputat,alim, xeyriyyəçi insan
Əgər siz də belə tədbirlərdən birinə şahid olmaq istəyirsinizsə istənilən həftənin bazar günü Bakının Sabunçu rayonu ərazisinə çıxmağınız kifayətdir.
Düzdür, rayonun kifayət qədər böyük ərazisində Eldar müəllimi tapmaq elə də asan olmaya bilər. Amma əmin olun ki, əgər bu gün həftənin bazar günüdürsə, deməli Milli Məclisin deputatı, Azərbaycan Kooperasiya Universitetinin rektoru, professor Eldar Quliyev mütləq öz seçiciləri ilə görüşdədir. Məlum olduğu kimi Sabunçu rayonunun ərazisinə Bakının Maştağa, Kürdəxanı, Balaxanı, Nardaran, Zabrat və digər bu kimi böyük qəsəbə və kəndləri daxildir. Bu isə təbii ki, həllini tələb edən irili-xırdalı məsələlərin, fərdi qaydada irəli sürülən sosial-məişət xarakterli problemlərin də kifayət qədər olmasını şərtləndirir. Bununla belə Eldar müəllim imkanı daxilində bu məsələlərin hər birini diqqətə almağa, onların həllində öz seçicilərinə yardımçı olmağa çalışır. Məhz buna görə də həftənin bazar günü onun gündəliyində sadəcə növbəti iş günü kimi qeyd olunur.

Əslində qəbul olunmuş şablon qaydalara görə mətnin bu hissəsində kiçik bir altbaşlıqla Eldar Quliyevin həyat və fəaliyətinə dair bir az təm-təraqlı, bir qədər pafoslu ifadələrlə bəzədilmiş bioqrafik məlumat yerləşdirilməlidir. Amma mən bir müəllif kimi buna da ehtiyac duymuram. Əvvəla ona görə ki, Eldar müəllim cəmiyyətimizdə bizim təqdimatımız olmadan da kifayət qədər tanınmış bir şəxsiyyətdir. Digər tərəfdən isə onun barəsində ən dolğun məlumatlar internet saytlarında yetərincədir. Lakin bu məlumatlar arasında əks olunmayan, yaxud da çox nadir hallarda xatırlanan müəyyən məqamlar da vardır. Bu məqamlardan bir çoxu isə
Eldar Quliyevin rəhbərlik etdiyi Azərbaycan Kooperasiya Universitetinin fəaliyyəti ilə bağlıdır.


19.06.2014.- Deputat,alim, xeyriyyəçi insan
19.06.2014.- Deputat,alim, xeyriyyəçi insan

İlk növbədə qeyd etmək lazımdır ki, bu elm və təhsil ocağının fəaliyyətində müşahidə olunan obyektivlik və şəffavlığa, ciddi şəkildə riayət olunan ədalət prinsiplərinə təəssüflər olsun ki, ölkənin çox az sayda universitetlərində rast gəlmək olar. Kooperasiya Universitetində olan mənbələr isə daha maraqlı açıqlamaları ilə burada hökm sürən insanpərvərlik və yardımsevərlik ab-havasından xəbər verirlər. Bu xüsusda aldığımız məlumatlarda bildirilir ki, universitetdə təhsil alan aztəminatlı tələbələr, qaçqın və məcburi köçkün ailələrindən olan uşaqlar universitet rəhbərliyinin və şəxsən Eldar müəllimin xüsusi qayğısından hər zaman yararlanırlar. Qeyd olunur ki, imkansız tələbələrin təhsil haqlarının universitet rəhbərliyi tərəfindən ödənilməsi halları da burada tez-tez müşahidə olunur.

Bundan başqa isə biz oxucularımıza Eldar Quliyevin elmi fəaliyyətinə dair bəzi maraqlı məqamlar barədə açıqlamalar da təqdim etmək istərdik. İlk növbədə qeyd etmək lazımdır ki, Eldar müəllimin məşğul olduğu sahə əslində strateji əhəmiyyətə malik olmaqla ölkənin ərzaq təhlükəsizliyi məsələləri ilə bağlıdır.

19.06.2014.- Deputat,alim, xeyriyyəçi insan
Etiraf etmək lazımdır ki, bu problem müasir dövrümüzdə bir çox dünya alimlərini düşündürən qlobal məsələlərdən biridir. Çünki məhz ərzaq təhlükəsizliyinin təminatı bu gün istənilən bir ölkədə sosial-iqtisadi sabitliyi və insanların normal həyat səviyyəsini təmin edəcək əsas amillərdən biri kimi çıxış edir. Əbəs yerə deyil ki, ulu öndər Heydər Əliyev ölkəmizə rəhbərlik etdiyi bütün dövrlərdə respublikanın ərzaq təhlükəsizliyi məsələsini daim diqqət mərkəzində saxlamış, bu məsələnin vacibliyini nəzərə alaraq ərzaq təhlükəsizliyini özünün dövlətçilik strategiyasının əsas elementləri sırasına daxil etmişdi. Məlum olduğu kimi ölkə prezidenti cənab İlham Əliyev də ərzaq təhlükəsizliyi məsələsini dövlət siyasətinin prioritet istiqamətlərindən biri kimi elan etmişdir. Dövlət başçısının təsdiq etdiyi “2008-2015-ci illərdə Azərbaycan Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı”nın qəbul olunması da məhz ölkə rəhbərliyinin bu sahəyə verdiyi xüsusi önəmdən irəli gələn əhəmiyyətli tədbirlərdən biridir.

Təbii ki, ərzaq təhlükəsizliyi məsələsi özünə mütləq elmi yanaşma tələb edən bir sahədir. Məhz bu baxımdan da iqtisadiyyat üzrə fəlsəfə doktoru Eldar Quliyevin bu sahədə elmi araşdırmaları, ərzaq təhlükəsizliyinə dair fikir və mülahizələri diqqəti cəlb edir. Bir çox dünya şöhrətli mütəxəssislər də təsdiq edirlər ki, Eldar Quliyevin “Kənd təsərrüfatı məhsullarının tordansatış bazarlarının formalaşdırılması problemləri” adlı elmi əsəri ərzaq təhlükəsizliyinə dair aparılan sanballı elmi-tədqiqat işlərindən biri kimi qiymətləndirilir. Eldar Quliyevin elmi araşdırmaları həmçinin digər dünya ölkələrində də ərzaq təhlükəsizliyinin təminatı ilə bağlı məsələlərin həllinə misilsiz tövhələr vermişdir. Qeyd etmək lazımdır ki, onun bu istiqamətdə fəaliyyəti beynəlxalq elmi cəmiyyətlər tərəfindən yüksək qiymətləndirilir. Belə ki, ötən ilin fevral ayında Almaniyanın paytaxtı Berlin şəhərində Eldar Quliyevə Avropanın Əməkdar Elm Xadimi adının, habelə Q.V.Leybnits medalının təntənəli surətdə təqdim edilməsi mərasimi keçirilmişdi.

Avropa Təbiət Elmləri Akademiyasının prezidenti V.Q.Tıminski öz fikirlərini açıqlayaraq bildirmişdi ki, Azərbaycanlı alim bu ada və medala ərzaq təhlükəsizliyinin təmin edilməsi sahəsində apardığı aktual elmi tədqiqatlarına, Avropa ölkələrində elmi dərc edilmiş məqalələrinə, habelə Avropa akademiyaları ilə sıx elmi əlaqələrə görə layiq görülmüşdür. Sonda belə bir faktı da qeyd etmək yerinə düşər ki, bu tədbir və mükafatlandırma mərasimi Eldar müəllimin fəaliyyətinin beynəlxalq qurumlar tərəfindən qiymətləndirilməsinə dair yeganə fakt deyildir.
Hələ 2012-ci ildə Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyasının Mükafatlandırma Komitəsinin qərarı ilə Azərbaycan Respublikası Milli Məclisinin aqrar siyasət komitəsi sədrinin müavini Eldar Allahyar oğlu Quliyev “Türk Dünyasında İlin millət vəkili” seçilmişdi.

19.06.2014.- Deputat,alim, xeyriyyəçi insan
19.06.2014.- Deputat,alim, xeyriyyəçi insan



Eldar müəllim bu mükafata 2011-ci ildə uğurlu fəaliyyətinə görə layiq görülmüşdü.
Bundan başqa isə Eldar müəllimin layiq görüldüyü mükafatlar sırasında Türk Dünyası Araşdırmaları Beynalxalq Elmlər Akademiyası tərəfindən təqdim olunmuş “Qızıl Ulduz” medalı və “Atatürk Beynalxalq Mükafatı”, Birləşmiş Millətlər Təşkilatının Təltif komitəsi tərəfindən verilmiş “Taclı xidmət” ordeni, Avropa Təbiət Elmləri Akademiyası tərəfindən verilmiş “Senator Ulduzu” ordeni kimi yüksək mükafatlar da yer almışlar.
Bununla belə hörmətli professorun özünün də dediyinə görə onun ən çox dəyər verdiyi mükafat ona məhz möhtərəm prezidentimiz cənab İlham Əliyevin fərmanı ilə təqdim olunmuşdur. Belə ki, Azərbaycan Respublikası Prezidentinin 18 iyun 2011-ci il tarixli sərəncamı ilə Eldar Quliyev “Şöhrət” ordeni ilə təltif edilmişdir.




Azər Abdulla.






Fikirlər