RUSİYA AZƏRBAYCANA “İSGƏNDƏR” RAKETLƏRİ SATIR? – Roqozin Azərbaycana gəlir

dmitry rogozin rogosin iskander armenia army azerbaijan russia rusiya isgəndər raketləri ermənistan ermenistan ordu azpolitika indo

Rusiya baş nazirinin müavini  İlham Əliyevlə silah ixracını müzakirə edəcək

Bu gün Rusiya baş nazirinin müavini Dmitri Roqozin Azərbaycana işgüzar səfər edəcək.

APA-nın “Kommersant”a istinadən verdiyi xəbərə görə, D. Roqozin iki ölkə hökumətlərarası komissiyasının dekabrın 16-da Bakıda keçiriləcək iclasında iştirak edəcək və prezident İlham Əliyevlə görüşəcək.

Rusiya müdafiə sənayesi müəssisələrindən birinin top-meneceri bildirib ki, Bakda ikitərəfli əməkdaşlıq məsələləri ilə yanaşı, silah ixracı məsələsi də müzakirə olunacaq. Bu məqsədlə Hərbi-texniki əməkdaşlıq üzrə Federal Xidmətin direktoru Andrey Boytsov da nümayəndə heyətinə daxil edilib.

“Kommersant”ın mənbələri deyib ki, Rusiya nümayəndə heyətinin əsas vəzifələrindən biri Ermənistana “İsgəndər” operativ-taktiki raket kompleksinin verilməsi ilə bağlı Rusiyanın mövqeyini izah etməkdir: “Azərbaycanlı tərəfdaşlar Dağlıq Qarabağ problemi kontekstində hadisələrin bu cür inkişafına çox neqativ reaksiya veriblər”.

Xatırladaq ki, bu ilin payızında Rusiya Ermənistana “İsgəndər” OTRK-nın bir divizionunu göndərib. Bu fakt rəsmi şəkildə elan olunmasa da, sentyabrda Ermənistanın müstəqilliyinin 25 illiyi ilə əlaqədar İrəvanda keçirilən paradda bu silah sistemi nümayiş etdirilib.






Fikirlər