Əli Həsənov: "İlham Əliyev sizin arxanızdadır, dostunuzdur"

Bu gün Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu (KİVDF) tərəfindən elan olunan fərdi jurnalist yazıları müsabiqəsinin qaliblərinin mükafatlandırma mərasimi keçirilib.

 AzerTaym.az məlumatına görə, tədbirdə Azərbaycan Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov, KİVDF-nin icraçı direktoru Vüqar Səfərli, Mətbuat Şurasının sədri, Milli Məclisin deputatı Əflatun Amaşov, KİV rəhbərləri, dövlət qurumlarının nümayəndələri, millət vəkilləri və digər qonaqlar iştiral ediblər.

Tədbirdə çıxış edən Ə.Həsənov deyib ki, Azərbaycanda ümummilli lider hakimiyyətə qayıdandan sonra media Azərbaycan cəmiyyətinin ən nüfuzlu institutlarından biri səviyyəsinə qaldırıldı və mediaya bu cür münasibət sərgiləndi:

"Media cəmiyyətin formalaşmasında, inkişafında mühüm rolu oynayır. Ona görə də ulu öndər Heydər Əliyev medianı Azərbaycan cəmiyyətinin əsas ictimai institutlarından biri kimi görürdü. Məhz buna görə də ümummilli lider media üzərində bütün ictimai tənzimləmə mexanizmlərini yığışdırdı və jurnalistlər özləri yığışıb Mətbuat Şurasını yaratdılar. Bu gün biz Azərbaycan dövləti olaraq medianın rolunu və yerini onların özlərinin gördüyü kimi görürük. Cənab Prezident İlham Əliyev Azərbaycanı azad mediasız təsəvvür etmədiyini bildirib”.

 

O bildirib ki, azad mediasız, intellektli jurnalistsiz cəmiyyətdə nə isə etmək çətindir: "Bir tərəfdən medianın peşəkarlığınınvə jurnalistlərimizin vətənpərvərlik hisslərinin artırılması, texniki bazasının güclənməsi istiqamətində işlər görürük və görməkdə davam edirik. Prezident İlham Əliyev sizin arxanızdadır, dostunuzdur. Azərbaycan dövləti bundan sonra mövcudluğunu, gələcək inkişafını, bizim üçün taleyüklü məsələ olan Dağlıq Qarabağ problemi, Azərbaycanın geosiyasi maraqlarının reallaşmasını jurnalistlərsiz görmür və təsəvvür etmir. Bu gün sizə ehtiyacımız hər zaman olduğundan daha çoxdur. Azərbaycan dövlətinə bu gün hər zamankından daha çox xidmət göstərməlisiniz”.

Prezidentin köməkçisi vurğulayıb, bu gün Azərbaycan dünyada nə qədər nüfuz və hörmət qazanıb, inkişaf pillələrində nə qədər yüksəlibsə, bir o qədər əleyhdarları meydana gəlib: "Dünyada böyük erməni lobbisi, diasporu ilə qarşı-qarşıyayıq, böyük islabmafob dairələri ilə üzbəüzük, Azərbaycanı istəməyən region və dünyadakı qüvvələr, missioner təşkilatlar var ki, onlar Azərbaycan xalqının birlik və inkişafını görmək istəmir və buna qarşı müxtəlif maneələr yaradır. Bu istiqamətdə sizdən kömək gözləyir və umuruq, düşünürük ki, bu köməyi dövlətimiz və millətimizxdən əsirgəməyəcəksiniz”






Fikirlər