11.07.2014.- Xanım Qafarova dünyasını dəyişdi

11.07.2014.- Xanım Qafarova dünyasını dəyişdiXanım Qafarovanın qohumu: “Evin ətrafı insanlarla doludur” Xanım Qafarova bir neçə dəqiqə əvvəl keçinib.

Bunu Xanım Qafarovanın qohumları deyiblər. Onların sözlərinə görə, evin ətrafı insanlarla doludur :
“Burda adam çoxdur. Yasımız var, hamı ağlayır, bizim üçün böyük itkidir”.
Qeyd edək ki, Xanım Qafarova neçə illərdir xərçəng xəstəliyindən əziyyət çəkir. Aktrisa xəstəliyi ilə əlaqədar 2009, 2011 və 2013-cü illərdə əməliyyat keçirib, İstanbuldakı Fatih Üniversitesi Tıp Fakültəsi Hastanesində müayinə olunub.
Heydər Əliyev Fondunun maliyyə dəstəyi ilə onun müalicəsi Sante Onkoloji Mərkəzdə aparılıb. Müalicə müddətində bədəninə verilən şüalardan gücsüzləşən aktrisaya mütəmadi qan köçürülüb.
İyul ayının 10-da Heydər Əliyev Fondunun prezidenti, millət vəkili Mehriban Əliyeva aktrisanın müalicəsinin İsraildə davam etdirilməsi ilə bağlı göstəriş vermiş, həmçinin aktrisanın qızının təhsil xərclərini də öz üzərinə götürmüşdü.


Pərvin






Fikirlər