Hava şəraiti ilə bağlı xəbərdarlıq - Güclü yağış OLACAQ

Image result for sabah yagış yagacaq və sulu qar olacaq

Sabah Bakıda və Abşeron yarımadasında buludlu hava şəraitinin üstünlük təşkil edəcəyi, arabir yağış yağacağı, yarımadanın bəzi yerlərində intensiv olacağı gözlənilir. Şimal-şərq küləyi əsəcək, axşam arabir güclənən şimal-qərb küləyi ilə əvəz olunacaq.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən “AzerTaym.az”-a daxil olan xəbərə görə, havanın temperaturu Abşeron yarımadasında gecə 2-5, gündüz 6-8, Bakıda gecə 3-5, gündüz 6-8 dərəcə isti olacaq.

Atmosfer təzyiqi normadan yüksək 770 mm civə sütunu, nisbi rütubət 80-90 faiz təşkil edəcək.

Azərbaycanın rayonlarında yanvarın 19-da bəzi yerlərdə arabir yağış, sulu qar, dağlıq və dağətəyi rayonlarda qar yağacağı, intensiv olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi əsəcək, bəzi yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz 5-10 dərəcə isti, dağlarda gecə 2-7 dərəcə şaxta, gündüz 0-5 dərəcə isti olacaq.

Departament hava şəraiti haqda xəbərdarlıq da yayıb. Bildirilir ki, Bakıda və Abşeron yarımadasında yanvarın 19-da hava şəraitinin qeyri-sabit keçəcəyi, arabir yağış yağacağı, yarımadanın bəzi yerlərində intensiv olacağı gözlənilir.

Azərbaycanın bəzi rayonlarında yanvarın 19-20-də hava şəraitinin qeyri-sabit keçəcəyi, arabir yağış, sulu qar, dağlıqdağətəyi rayonlarda qar yağacağı, intensiv olacağı gözlənilir. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.






Fikirlər